"Yeni Müsavat"ın təsisçisi kimdir?

img

15-11-2009 [02:29]


Məlum olduğu kimi, Müsavat Partiyasının başqanı İsa Qəmbər uzun illər təsisçisi olduğu "Yeni Müsavat" qəzetinin 20 illik yubileyi ilə bağlı keçirilən tədbirdə təsisçilikdən Rauf Arifoğlunun xeyrinə imtina edib. Ancaq Müsavat başqanının bu addımından sonra hələ də qəzetin rekvizitində İsa Qəmbər təsisçi olaraq qalır. Bunun səbəbini öyrənmək üçün sözügedən qəzetin baş redaktoru Rauf Arifoğlu ilə əlaqə saxladıq. R.Arifoğlu Müstəqil İnformasiya Agentliyinin əməkdaşının sualına aqressiv cavab verib: "Sizi nə narahat edir? Hazırda proses gedir, bu, bir dəqiqəlik iş deyil". Baş redaktor proses başa çatandan sonra qəzetin yeni rəsmi təsisçisinin adının rekvizitdə olacağını bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR