Cənubi Qafqaz Qadın Liderləri Parlamenti fəaliyyətə bazlayır

img

13-11-2009 [04:11]


Xarici ölkələrin hüquq müdafiə təşkilatları gənc bloggerlərin həbsi ilə bağlı Azərbaycan Prezidentinə müraciət ünvanlayıb. Müstəqil İnformasiya Agentliyinə bu barədə məlumatı Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu verib. Bu gün səfərdən qayıdan hüquq müdafiəçisinin sözlərinə görə, bu barədə bəyanat İstanbulda keçirilən konfranda qəbul olunub: ?Konfransın əsas mövzusu hüquq müdafiəçilərinin hüquqlarının qorunması idi. Konfransda Azərbaycan, Gürcüstan, Ermənistan, Abxaziya, Osetiya və Qırğızıstandan nümayəndələr iştirak edirdilər. Konfransı Amerika nümayəndələri aparırdı. Tədbirdə iştirak edənlərin hamısı bəyanata imza atdılar. Hər kəs gənclər barəsində çıxarılan məhkəmə hökmünün ləğv edilməsini xahiş edir?. N.Cəfəroğlu bildirib ki, konfransın digər əsas müzakirə mövzusu Qadın Parlamentinin təsis olunması olub: ?Uzun sürən işlərdən sonra Qadın Parlamenti təsis olundu. Yanvar ayından bu qurum Cənubi Qafqaz Qadın Liderləri Parlamenti adı altında fəaliyyətə başlayacaq. Artıq Parlamentin strukturu müəyyənləşdi. Qurumda 37 ölkənin hüquq müdafiə təşkilatları təmsil olunacaq. Burada qadın hüquqlarından tutmuş qadınlara qarşı zorakılıq məsələlərinə qədər bir çox mövzular öz əksini tapacaq?. Cəmiyyət sədri həmçinin qeyd edib ki, sözügedən Parlamentdə iştirak etmək istəyənlərin sayı kifayət qədərdir: ? Hər kəs bu məsələyə xüsusi maraq göstərir. Parlamentin əsas məqsədi Qadın Liderlik Məktəbini yaratmaqdır. Burada qadın jurnalistlərə xüsusi diqqət ayrılacaq. Belə ki, onların qurumla sıx əmkdaşlığı və fəal iştirakı təmin olunacaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR