Nazpəri piratlarla mübarizəyə start verdi

img

12-11-2009 [02:25]


Xalq artisti Nazpəri Dostəliyeva jurnalistləri Prezidentin Qonaq Evinə toplayaraq, onlara ?Sehir? adlı yeni albomunu və ?Getdi yar? adlı xalq mahnısına çəkdirdiyi klipini təqdim etdi. Təqdimat zamanı Müstəqil İnqformasiya Agentliyinin əldə etdiyi məlumata görə, iki ilə ərsəyə gələn və STS prodakşnda çap olunan bu albom fərqli formatda buraxılıb. Bunun seçilməklə yanaşı, piratlarla mübarizə vasitəsi olduğu bildirildi.16 mahnının toplandığı alboma 2 xalq mahnısı ilə yanaşı, müxtəlif bəstəkarların bəstələri, o cümlədən sözlərini Nazpəri xanım, musiqisini isə Tunar Rəhmanoğlunun yazdığı ?Sehir? mahnısı da daxil edilib. Müğənninin prodüseri Hüseyn Cavadzadənin ekranlaşdırdığı ?Getdi yar? mahnısının klipi isə çox sadə süjetlə çəkilsə də, daha çox maraq doğuran məqam orada istifadə edilən avtomobil oldu. Belə ki, dünqada yeganə nüsxədə olan və Hollivudda çəkilən ?Adrenalin? filmində istifadə olunmuş bu avtomobilin qiyməti 257 min avrodur. Qeyd edək ki, ?Getdi yar? mahnısı sənətçinin öz seçimi nətitcəsində 5 oğlandan ibarət ?Next? qrupu ilə birgə oxunub. Mahnıya estrada çaları gətirilsə də, Nazpəri xanım onun milliliyini də olduğu kimi saxlayıb və hətta arada muğam da oxuyub. Sənətçi mahnıya müasirlik gətirməsinə baxmayaraq, qınaq obyeketi olmayacağına əmin olduğunu söylədi və buna ?Dilbərim? mahnısını və ona çəkilən klipi misal göstərdi. Nazpəri xanım yaxın zamanlarda aşıq mahnılarınqdan ibarət daha bir albomunun işıq üzü görəcəyini bildirdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA