Qənimət Zahid Mirzə Sakiti ?Azadlıq?a qaytardı

img

12-11-2009 [02:02]


Qənimət Zahid Mirzə Sakiti ?Azadlıq?a qaytardı. Bu gün iki qardaş görüşüb və son vaxtlar baş vermiş olaylara aydınlıq gətirilib. Məlumatı ?Media forum? saytına Mirzə Sakit özü verib. Onun sözlərinə görə, noyabrın 11-də o, 12 saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyinə xüsusi görüş üçün müraciət edib, noyabrın 12-də görüşə icazə verilib: ?Qənimət bəylə həm qardaş, həm də rəhbər-işçi olaraq görüşdük. O, rəhbər kimi məni danladı, tövsiyələrini verdi, beləliklə, razılığa gəldik?. M.Sakit gələn həftənin çərşənbə axşamı onun yazılarının ?Azadlıq? qəzetində dərc olunacağını bildirir: ?Biz redaksiya daxilində baş verən hadisələri müzakirə etdik. Ona dedim ki, onsuz da hamı bir cür işgəncə çəkir, siz mənim yazılarımın dərc olunmasının qarşısını almaqla bu işgəncələri daha da artırırsınız?. Q.Zahidin baş redaktor kimi ona tövsiyələr verdiyini deyən M.Sakit bacardığı qədər bu tövsiyələrə əməl edəcəyini deyir: ?Tövsiyələrindən biri daha təmkinli olmaq, həmçinin hazırda qəzetə rəhbərlik edən şəxsin də tövsiyələrinə qulaq asmaqdır?. M.Sakit yazdıqlarının məsuliyyətini dərk etdiyini bildirir və bir neçə dəfə yazılarında təhqir predmetinin olduğunu da etiraf edir: ?Amma hesab edirəm ki, təhqir yaxşı şey deyil, özünə rəva bilmədiyini heç kimə rəva görmək olmaz. Eləcə də bu hakimiyyət özünə rəva bilmədiyini xalqa rəva görməməlidir?. ?Azadlıq? qəzetinin direktoru Azər Əhmədov dəfələrlə mətbuata açıqlamasında bildirib ki, M.Sakitin şeirlərinin dərcinin dayandırılması onun həyatının təhlükəsizliyinin təmin olunması ilə bağlıdır. Q.Zahidlə görüşdən sonra buna münasibətini ?Media forum?a açıqlayan M.Sakitin sözlərinə görə, Azərbaycan mətbuatında daha sərt yazan qələm adamları var: ?Bəs onların təhlükəsizliyini kim təmin etməlidir? Mən yaxşı bilirəm ki, bu yolda ölüm də var, şikəst olmaq da. Əsas bu deyil, əsas həqiqəti olduğu kimi yazmaqdır?. M.Sakit həftəlik qəzet açmaq ideyasının hələ də gündəmdə qaldığını, Q.Zahidlə görüşün bu ideyanı sıradan çıxarmadığını söyləyir. O, bu istiqamətdə fəaliyyətini davam etdirdiyini vurğulayır: ?Azadlıq?da dərc olunmaq yeni qəzet açmağa mane olmur?. Satirik yazar onu da qeyd edir ki, onun ?Azadlıq?da fəaliyyətinin bərpası ilə bağlı baş redaktor Q.Zahid gələn həftənin bazar ertəsi tapşırıq verəcək. Bir müddət əvvəl baş redaktor Q.Zahid M.Sakitin ?Azadlıq? qəzetində fəaliyyətinin dayandırılması haqda göstəriş vermişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR