Daha bir jurnalist qətlə yetirildi

img

10-11-2009 [06:07]


Meksikada daha bir jurnalist - ?El Tiempo de Duranqo? qəzetinin kriminaldan yazan müxbiri José Vladimir Antuna Qarsía qətlə yetirilib. Bu barədə Beynəlxalq Avrasiya Mətbuat Fonduna (BAMF) Beynəlxalq Mətbuat İnstitutundan (BMİ) məlumat daxil olub. Məlumatda bildirilir ki, bir gün əvvəl öz avtomobili ilə gedərkən naməlum şəxslər tərəfindən saxlanılan və oğurlandığı ehtimal edilən jurnalistin bədənində güllə yaraları ilə yanaşı boğazında boğulduğu aydın seçilən izləri aşkarlanıb. Qətlə yetirilən jurnalistin cəsədinin üstündən isə bu sözlər yazılmış məktub tapılıb: ?Bu mənim başıma ona görə gəldi ki, hərbidən yazılması lazım olmayan şeyləri yazdım. Bu məsələdən yazanda ehtiyatlı olun! Hörmətlə, Vladimir? BMİ rəhbərliyi Meksika hakimiyyətini bu ölkədə jurnalist qətllərinə son qoyulması və cinayətkarların tapılıb cəzalandırılması üçün təcili tədbirlər görməyə çağırır. BMİ-nin direktor müavini Alison Betel Mckenzie demişdir: ?Məğrur həmkarımızın ölümündən çox kədərləndik. Ailəsinə baş sağlığı verir və Meksika dövlətindən jurnalistlərin öldürülməsi ilə əlaqədar işlərin ədalət məhkəməsinə çıxarmalarını xahiş etmişik?. Qeyd edək ki, bu ilin aprelində də ona sui-qəsd cəhdi olmuşdur. Jurnalist evindən çıxaraq işə gedərkən naməlum silahlı şəxs ona atəş açmışdır. Amma o zaman Antuna Qarsía geriyə-evinə qaçmaqla canını qurtara bilmişdir. Antuna Qarsía bu il El Tiempo de Durango qəzetinin qətlə yetirilmiş ikinci jurnalistidir. Ondan əvvəl isə Karlos Orteqa Samper güllə ilə başından vurularaq öldürülmüşdür.

Digər xəbərlər
SON XƏBƏRLƏR