Azərbaycan kinoaktyorlarının sayı açılıb

img

10-11-2009 [04:54]


;nlərdə Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino evində Azərbaycan Professional Kinoaktyorlar Gildiyasının sayıtının www.aktor.az təqdimetmə mərasimi keçirilib. Tədbiri Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi əməkdar incəsənət xadimi Rafiq Haşımov açaraq Gildiya nümayəndələrini təbrik edərək sözü Gildiyanın sədri, xalq artisti H.Omərovaya verib. H.Ömərova bildirib ki, 2006-cı ildə əsası qoyulan Professional Kinoaktyorlar Gildiyasının bu saytını aktyorlarımız bir əlamətdar hadisə kimi qarşılayıblar. Saytın son illərdə yaradılan çox saylı saytlardan fərqi ondadır ki, roada tək Bakı aktyorları deyil, həm də respubliakamızın uzaq rayonlarında fəaliyyət göstərən teatlarımızın aparıcı aktyorları haqqında da materiallar yerləşdirilib. Buna görə saytın yaradıcıları rayonlarımızda olub bu xususda geniş məlumatlar toplaya bilmişlər. H.Ömərova bildirib ki, Azərbaycan Respublikası Qeri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəsətəyi olmasaydı bu çətin işin öhtəsindən gəlmək bizə müəssər olmayacaqdı. O, aktyor ictimaiyyəti adından QHT-lərə Dövlət Dəstəyi Şurasına və onun timsalında ölkə prezidentinə öz dərin minnətdarlığını bildirib. Saytın yaradılması məqsədini isə xalq artisti belə izah edib: ?çox istedadlı aktyor potensialımızın olmasına baxmayaraq bir sıra hallarda filim çəkənlərə onlarla yaradıcılıq münasibəti yaratmaq çətin olur. Texniki inkişafımızın rəmzi olan internet sayıtda isə buna asanlıqla nail olmaq olur. Belə ki, bu halda tək ölkə daxili deyil, həm də xarici kinematoqrafçılar üçün aktyor seçimi asanlaşır. Sayıt 3 dildə: azərbaycan. İngilis və rus dillərindədir. 400 aktyor haqqında material bazası var. ?Unudulmayanlar? və ?Bİizim uşaqlar? adlı səhifələri maraq doğurur. ??Unudulmayanlar? səhifəsində səhnə və kino korifeylərimizin foto şəkilləri və onlar haqqında materiallar yerləşdirilib. ?Bizim uşaqlar? səhifəsi hələ təzə açılıb. Bu səhifədən filimlərinə uşaq aktyorları seçmək istəyən kine kintoqrafçılar yararlanacaqlar. Saytın yaradılması prosesində müxtəlif yaş və peşə kateqoriyalarından olan təqaüdçülər və digər insanlar müraciət edərək uşaqlıqdan filimə çəkilmək arzusunda olduqlarını etiraf etmiş hətta kütləvi səhənələrdə belə çəkilmək istəklərini bildirmişlər. Onlar haqqında sayıtda məlumat yerləşdirilərsə, bəzən aylarla kütləvi səhənələrə aktyor axtaran rejisorlar sayıtdan faydalana biləcəklər. Sayıtın yaradılması prosesində 2 prodakşn və İran kinematoqrafçıları müraciət edib sayıtla maraqlınmışlar. Sayıtın bir özəlliyidə ondadır ki. Aktyorlar özləri ilə bağlı hər hansı bir məlumatı və şəkili dəyişmək istədikdə bu barədə məlumatı [email protected] göndərəməklə bunu edə biləcəklər. Tədbirdə sayıtın Gildiyanın nümayəndələri xalq artisti Rasim Balayev, əməkdar incəsənət xadimi Əsəd Əsədov, Filim Fondun direktoru Cəmil Quliyev. Mədəniyət Nazirliyinin nümayəndəsi Aydın Hüseynov, xalq artistləri Hacı İsmayılov, Ramiz Novruz , Rafiq Əzimov. İlham Əsgərov. Nuriyyə Əhmədova, əməkdar artistlərədən Hicran Nəsirova, Xalidə Quliyeva. Zemfira Sadıxova. Səidə Quliyeva, Suğra Bağırzadə, Lətifə Əliyeva,kinorejisorlardan Ənvər Əbluc. Əbdül Mahmudov, Ələkbər Muradov . Kinooperatorlardan Kənan Məmmədov iştirak etmişlər. Gildiyanın mətbuat katibi Sədaqət Kamal, təşkilat katibi Anar Əliyev, məsul katib Fərqanə Quluyeva öz çıxışlarında dövlət rəhbərliyinə minətdarlığını bildirmişlər. Tədbirlə yerli KİV-nümayəndələri ilə yanaşı xarici jurnalistlər də vardı. Misirdə çıxan Azərbaycan qəzetinin baş redaktoru Mühəmməd Salama öz çıxışında azərbaycan kinematoqrafçıları ilə misir kinematoqrafçılarının bu saıt vasitəsilə əməkdaşlığına yardımçı olacağını bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR