Kukla teatrı ?Donuz qripi? ilə bağlı narahat deyil

img

09-11-2009 [03:40]


?Donuz qripi?nin nə dərəcədə real olub-olmaması hələ müammalıdı. Heç bir şey bilinmir. Bundan ?panika? yaratmaq lazım deyil?. Bu fikirləri Müstəqil İnformasiya Agentliyinə Abdulla Şaiq adına Kukla Teatrının direktoru Rəhman Quliyev deyib. ?Uşaqlar bağçaya, məktəbə gedir. Bundan başqa teatrlara gedirlər. Düzdür, bu söhbət yayılandan valideynlərin arasında uşaqlara maska geyindirənlər çoxalıb. Uşaqlar bir-birindən aralı əyləşirlər. Hələki heç bir problem çıxmayıb. Bununla bağlı bizə nə göstəriş verilib, nə də hər hansı bir yazılı sənəd göndərilib. Amma buna baxmayaraq, teatra gələnlərə bizdə nəzarət edirik. Burnu axan uşağı zala buraxmırıq. Əslində isə belə bir səlahiyyətimiz yoxdur. Uşaqların üstündə bütün nəzarət valideyinə aiddir. Onların da gözü qorxub. Görsə ki, uşağının vəziyyəti pisdir, onu niyə teatra gətirsin ki??. Teatrın dezinfeksiya olunmasına gəlincə isə R.Quliyev bildirib ki, bu məsələ onların səlahiyyətində deyil: ?Bu bizdən asılı məsələ deyil. Əgər dezinfeksiya məsələsi gündəmə gəlsə, bu, təkcə Kukla Teatrına deyil, bütün mədəniyyət ocaqlarına şamil olunacaq. Bizdə ayaq yolu dezinfeksiya olunur. Zala gəlincə isə buna imkanımız çatmır. İkincisi də hər gün zalda tamaşa oynanılmır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA