isa Qəmbər ?Yeni Müsavat?ın təsisçiliyindən imtina edib

img

08-11-2009 [07:56]


Müsavat Partiyasının başqanı İsa Qəmbər uzun illər təsisçisi olduğu ?Yeni Müsavat? qəzetinin təsisçiliyindən imtina edib. Lent.az-ın məlumatına görə, partiya lideri qərarını qəzetin yubileyi ilə bağlı keçirilən tədbirdə açıqlayıb. Qeyd edək ki, ?Yeni Müsavat?ın 20 illik yubileyi şəhərdəki şadlıq evlərindən birində keçirilib. Təbirk üçün söz alan Müsavat Partiyası başqanı yubiley münasibəti ilə qəzet kollektivinə və rəhbərliyinə kiçik hədiyyəsinin olduğunu bildirib. Hədiyyəsini açıqlayan İsa Qəmbər təsisçilikdən imtina etmək qərarına gəldiyini vurğulayıb: ?16 il 8 aydan sonra təsisçilikdən imtina etmək qərarına gəldim. İnanıram ki, mənim bu addımım qəzetin müstəqilləşməsinə və daha da güclənməsinə kömək edəcək?. İsa Qəmbərin bu açıqlaması kollektiv üzvlərinin alqışları ilə qarşılanıb. Baş redkator Rauf Arifoğlu isə Müsavat Partiyası başqanına təşəkkür edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR