isa Qəmbər ?Azadlıq? radiosunu beynəlxalq mükafata layiq görülməsi münasibətilə təbrik edib

img

06-11-2009 [05:56]


Müsavat Partiyasının Başqanı İsa Qəmbər ?Azadlıq? radiosu Azərbaycan xidmətinin beynəlxalq mükafata layiq görülməsi münasibətilə radionun kollektivini təbrik edib. Radionun Bakı bürosunun rəhbəri Kənan Kazımoğlunun ünvanına göndərilən məktubda deyilir: ?Hörmətli Kənan bəy! ?Azadlıq? radiosu Azərbaycan xidmətinin Beynəlxalq Yayım Şirkətləri Birliyinin xəbərlərin ən yaxşı işıqlandırılması nominasiyası üzrə nüfuzlu mükafata layiq görülməsi münasibətilə Sizi və kollektivinizin bütün üzvlərini ürəkdən təbrik edirəm. Sevindirici haldır ki, ?Azadlıq? radiosu 60 illik tarixində bu mükafata ilk dəfə, özü də Azərbaycan xidmətinin timsalında layiq görülür. Bu sizin xidmətin peşəkarlığının və ümumbəşəri dəyərlərə sədaqətinin bariz nümunəsidir. Son vaxtlar Azərbaycan hakimiyyətinin ?Azadlıq? radiosunun fəaliyyətinə hər vəchlə mane olmaq, radioya, xüsusilə onun Bakı bürosuna ardıcıl təzyiqlər göstərilməsinə baxmayaraq, siz öz prinsipinizə sadiq qalmış, azad sözün həqiqi bayraqdarı olmusunuz. Mən bir daha Sizi bu ali mükafat münasibətilə ürəkdən təbrik edir və kollektivinizin hər bir üzvünə xoşbəxtlik, yaradıcılıq uğurları arzulayıram. Bu radionun Azərbaycan xalqı qarşısındakı xidmətləri heç vaxt unudulmayacaq. Onun səsini nə qədər boğmaq istəsələr də, daha ucadan eşidiləcək.?

Digər xəbərlər
SON XƏBƏRLƏR