Tünzalə Ağayeva insan alverinə qarzı aksiyaya qozulub

img

04-11-2009 [02:52]


Əməkdar artist Tünzalə Ağayeva yeni albom üzərində işləyir. Müğənninin prodüseri Yalçın Cabbarlı Müstəqil İnformasiya Agentliyinə deyib ki, sənətçinin pərəstişkarlarına təqdim edəcəyi albom ?Pərvanə? adlanır: ?Hazırda albom üzərində qızğın iş gedir. Albomda Tünzalə xanımın mahnıları üstünlük təşkil edir. Bundan başqa, xalq mahnıları da yeni aranjimanda yazılacaq?. Y.Cabbarlı bildirib ki, Tünzalə Ağayeva yeni il ərəfəsində bir neçə ölkəyə səfər edəcək: ?Dünya azərbaycanlılarının həmrəyliyi ilə bağlı Avropa ölkələrinə də səfəri gözlənilir. Amma hansı şəhərlərə gedəcəyi hələ açıqlanmayıb?. Y.Cabbarlının sözlərinə görə, T.Ağayeva hazırda ?YES? təşkilatının təşəbbüsü ilə insan alverinə qarşı mübarizə aksiyasına da qoşulub: ?İşlər gedir, ?İnsan alverinə yox deyək?,- adlı rolik çəkilib. Həmin rolik bir dəqiqəlikdir. Bu, dünya ictimaiyyətinə və azərbaycanlılara müraciətdir. Bununla bağlı mahnı da yazılır və hazırda studiyada həmin mahnının yazılışı davam etdirilir. Ayın sonlarına kimi bu mahnı hazır olacaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA