Mingəçevir zəhərində yeni Media Mərkəzi açılır

img

04-11-2009 [02:26]


Mingəçevir şəhərində yeni Media Mərkəzi açılır. Mərkəz ?Mingəçevir işıqları? qəzetinin ABŞ səfirliyi ilə birgə layihəsi əsasında gerçəkləşib. ?Mingəçevir işıqları? qəzetinin baş redaktoru Fərman Nəbiyevin sözlərinə görə, mərkəzin açılmasında məqsəd ictimai və sosial problemlərin həllində vətəndaş təşəbbüslərinə diqqəti artırmaqla bağlı müzakirələr təşkil etməkdir: ?Həmçinin ictimaiyyəti kifayət qədər məlumatlandırmaq, məmurların məsuliyyətinin artırılmasına nail olmağa çalışacağıq. Bununla əlaqədar mərkəzdə dəyirmi-masalar təşkil olunacaq, seçicilərə doğru seçim etməkdə kömək göstərmək üçün bələdiyyə üzvlüyünə namizədlərlə tok-şoular keçiriləcək. İctimaiyyətlə əlaqə yollari, yerli icmaların müstəqil fəaliyyət imkanları və beynəlxalq təcrübə ilə tanışlığı, regional medianın problemləri və çıxış yolları da Mingəçevir Media Mərkəzinin həllinə çalışmaq istədiyi məsələlərdəndir. Bölgə KİV-nin inkişafı üçün yeni layihələr hazırlamaq, internet vasitəsilə müzakirələr açmaq nəzərdə tutulub. ?Mingəçevir işıqları? qəzeti redaksiyası bir neçə ildir ki, belə mərkəzin yaradılmasına çalışırdı, lakin maliyyə çətinliyi bu niyyəti həyata keçirməyə imkan vermirdi. Nəhayət, ABŞ-ın Azərbaycandakı səfirliyinin Demokratiya Komissiyasının kiçik qrantlar proqramı üzrə bu iş gerçəkləşdi. Təşkilat avadanlıqların alınması və proqram xərclərinin müəyyən hissəsini ödəməyə razılıq verdi. Redaksiya öz vəsaitilə mərkəzin yerləşdiyi binada təmir işləri apardı, eyni zamanda Mingəçevir şəhər İcra Hakimiyyəti qəzetin müraciətini nəzərə alaraq, ərazinin ətrafını yüksək səviyyədə abadlaşdırdı?.

Digər xəbərlər
SON XƏBƏRLƏR