Cəmilənin bazını kəsmək istəyiblər

img

03-11-2009 [07:15]


"Reytinq"ə müsahibəsində Elit-star ləqəbli müğənni Cəmilə xanım həmkarlarının bostanına daş atsa da, onun atmacalarına ən kəskin reaksiya verən sənətçi Zahidə Günəş oldu. Xatırladaq ki, "Rəfiqəniz və həmkarınız Zahidə Günəş ifa tərzini ondan götürdüyünüzü deyir", - replikasına elit-star belə cavab vermişdi: "Daha heç kimlə "podruqa"lıq etmirəm. Tək olanda başın da ağrımır. Zahidə Günəş isə xəstədir, ona fikir verməyin". Sözügedən müsahibənin dərcindən sonra Zahidə Günəş ona qarşı deyilən sözlərə fikrini belə bildirdi: "Cəmilə nə danışdığını özü də bilmir. Nahaq yerə onun mənim haqda dediklərini yazmısınız. Mənə xəstə deyir, özündən xəbəri yoxdur. Onun qoca yaşında nə hoqqalardan çıxdığını desəm, el içində biabır olar. Heç küçəyə də çıxa bilməz. Cəmilənin oxumaqdan xəbəri yoxdur, getsin repini desin. Vaxt var idi, elədiyi əməllərinə görə, qardaşı başını kəsirdi, qaçıb bizdə gizlənmişdi. Onda yaxşıydım, indi isə pisəm? Dilini dinc saxlamasa, bu dəfə Cəmilənin başını mənim adamlarım kəsəcək".

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA