Aygün Bayramova səfərə hazırlazır

img

03-11-2009 [02:51]


Xalq artisti, tanınmış muğam ifaçısı Aygün Bayramova səfərə hazırlaşır. Sənətkarın Müstəqil İnformasiya Agentliyinə verdiyi məlumata görə, səfər noyabr ayının sonunda baş tutacaq. A.Bayramova bildirib ki, o, bu səfərə tək getməyəcək: ?Sözün düzü, mənə qabaqcadan danışmaq düşmür. İnşallah gələn kimi sizə bu barədə geniş məlumat verəcəm. Maraqlı bir səfərdi. Bu səfərdə mənimlə bərabər simfonik orkestrlərdən biri, trio - tar, kaman ifaçıları, caz və rəqs qrupu olacaq. Rəngarəng bir layihədi. İnanıram ki, üz tutduğumuz ölkədə Azərbaycan musiqisini layiqincə təmsil edəcəyik?. Sənətkarın yenilikləri bununla yekunlaşmır. Tez-tez dövlət tədbirlərində çıxış edən muğam ifaçısı yeni bir albom üzərində işləyir: ?Albomda muğamlar, təsniflər, xalq və bəstəkar mahnıları yer alacaq. Gələn il artıq bu albom tamaşaçılarıma təqdim ediləcək. Bundan başqa isə daha bir layihə üzərində işə başlamışıq. Bu layihə dahi bəstəkar Üzeyir Hacıbəyovun ?Leyli və Məcnun? operasının DVD variantının işıq üzü görməsidir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA