?Arzın mal alan?ın yeni versiyası ətrafında yaranan qalmaqal davam edir

img

03-11-2009 [02:50]


Dahi bəstəkar Üzeyir Hacıbəyovun ev muzeyinin direktoru Sərdar Fərəcov son günlər ?Arşın mal alan?ın yeni versiyası ilə bağlı səslənən fikirlərlə bağlı Müstəqil İnformasiya Agentliyinə açıqlama verib. S.Fərəcov yeni quruluşdan razı qaldığını dilə gətirib: ?Yeni quruluşlu əsərlərin öz əhəmiyyəti var. Teatrın inkişafı üçün hərdən belə yenliklər etmək lazımdır. Bunun bir səbəbi var - ifaçılar bir balaca silkələnsinlər. Dünyanın bir çox teatrlarında hazırlıq var. Yəni, hər br artistin idman hazırlığı olmalıdı. Bu, çox önəmli məsələdi. Bu məsələyə yalnız Azərbaycan teatrları arasında Gənclər Dövlət Teatrında rast gəlmək olurdu. Rəhmətlik Hüseynağa Atakişiyev bu işə ciddi yanaşırdı. Musiqi sədaları altında hər gün teatrda bir saat idman dərsləri keçirilirdi. Ona görə Hüseynağa Atakişiyevin quruluş verdiyi əsərlərində çətin idman hərəkətləri olurdu. Əgər yadınızdadırsa, onun Şeksprin ?Yay gecəsi?ndəki adlı tamaşasında olan hərəkətlər. Akademik Milli Dram Teatrı belə quruluşlu əsərlər qoya bilməzdi. Teatrın ?yayılmış? xanımları heç vaxt belə rolların öhdəsindən gələ bilməz. Gənclər Teatrının aktrisası Sevinc Əliyeva 40 dəqiqə kəndirin üzərində hərəkətsiz yatıb qalmışdı. Mənim ona ürəyim ağrayırdı, amma izləyirdim. Deyirdim, görəsən, bu qız silkələncəkmi, düşəcəkmi? Ona görə, bu cür dəyişiklər lazımdı. Gənc rejissor Elvin Mirzəyevin aktyorları belə çətin sınağa çəkməsi yaxşı göstəricidi. Qoy, aktyorlar özlərini yığışdırsın, bədənlərini hərəkətə gətirsinlər. Aktyor bədəni hər cür plastikaya hazır olmalıdı. Hələ bundan da artıq şeylər etmək olardı?. Onun fikrincə, aktyor özündə bir neçə komponent birləşdirməyi bacarmalıdı: ?Aktyorun əli, qolu, uçuşu təbii və heyrətləndirici olmalıdı. Mən bu yeniliyi bir quruluş kimi bəyənirəm. MUSKOMEDİYA-nın tarixində belə bir şey olmayıb. Bu sıçrayışdı?. ?Arşın mal alan?ın yeni quruluşunu inkişaf kimi dəyərləndirən S.Fərəcov öz yeniliklərindən danışıb: ?Mən iki əsər yazmışam. Onlardan biri ?Cavad xan? filminə yazılan musiqi, ikincisi isə Musiqili Komediya Teatrında səhnəyə qoyulan ?Şəhərdə manyak var? operettasına yazılan musiqidi. Hazırda isə Üzeyir hacıbəyovun ?ər və arvad? tamaşasını səhnə üçün hazırlayıram. Bu əsərin gələn il 100 illik yubileydi?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA