Azıq Ulduzu həmkarının yubileyinə dəvət etməyiblər

img

29-10-2009 [03:37]


Musiqili Komediya Teatrında Aşıq Əmrah Gülməmmədovun 100 illik yubileyində aşıqlardan çox muğam ifaçıları və şou müğənniləri üstünlük təşkil edib. Hətta Aşıq Ulduz Müstəqil İnformasiya Agentliyinə deyib ki, onu bu yubileyə dəvət etməyiblər: ?Amma mən həmin yubileyə dəvət almasam da, belə tədbirlərin keçirilməsi çox yaxşıdır. Ustadları, sənətkarları yad etmək müqqədəs işdir. İstərdim ki, belə tədbirlərin sayı çox olsun. Lakin bir şərtlə ki, həmin tədbirlərdə aşıqlar kənarda qalmasın?. Aşıq Ulduzun sözlərinə görə, sənətkarlarının gecələrində muğam ifaçılarının üstünlük təşkil etməsi düzgün deyil: ?Muğam ifaçısı aşıqların şeirini necə oxuyacaq? Muğam da bizimdir, saz da, hələ üstəlik sözdə. Əsas məsələ isə yubileyi keçirilən aşığın yaradıcılığına müraciət etməkdir. Bunu isə bilənlər etməlidir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA