Musiqiçilərimiz Ukraynadan böyük uğurla qayıdıblar

img

27-10-2009 [02:00]


Beynəlxalq müsabiqələr laureatı, dirijor Əyyub Quliyev bu günlərdə Ukraynadan səfərdən qayıdıb. Dirijorun sözlərinə görə, sözügedən ölkədə Azərbaycanın Müstəqillik günü ilə bağlı silsilə konsertlər veriblər. Konsert Ukraynanın Donetsk və Kiyev şəhərlərində baş tutub. Ə.Quliyevin sözlərinə görə, Donetsk Dövlət Opera Teatrında baş tutan ilk konsertin təşkilatçısı Dünya Azərbaycanlıları Konqresinin Ukrayna nümayəndəliyi olub. Azərbaycanın Ukraynadakı səfirliyi isə konsertə təşkilati dəstək verib: ?Konsertdə mənimlə bərabər tarzən, professor Ramiz Quliyev, muğam ifaçısı Elməddin İbrahimov və kaman ifaçısı Mərkəz Əliyev də iştirak edirdi?. Konsertdə məqsəd həm klassik, həm də milli musiqisini təbliğ etmək olub. Konsertdə Azərbaycanın ən tanınmış simaları olan Üzeyir Hacıbəyovun, Qara Qarayevin, Fikrət Əmirovun simfonik orkestr üçün yazılmış ən parlaq əsərləri səslənib: ?Donetsk şəhərində ilk dəfə idi ki, Azərbaycan musiqisindən ibarət konsert keçirilirdi. Ramiz Quliyev bu konsertdə görkəmli bəstəkar Hacı Xanməmədovun tar və simfonik orkestr üçün ikinci konsertni səsləndirdi. Bu, böyük maraq doğurdu. Çünki tar ilk dəfə idi ki, Ukraynada səslənirdi. Elməddin İbrahimov isə ?Qarabağ şikəstəsi?ni oxudu. Musiqi hissəsi başa çatan kimi Ukrayna prezidenti Viktor Yuşşenkonun və baş naziri Yuliya Tumoşenkonun adından səhnəyə gül çələngləri gətirildi?. Kiyev konserti isə Dövlət Akademik Opera Teatrında baş tutub. Bu konsertdə iki dirijor iştirak edib. Ə.Quliyevin sözlərinə görə, bu konsertin əsas təşkilatçısı Azərbaycanın Ukraynadakı səfirliyi olub: ?Təşkilati dəstək isə Heydər Əliyev Fondu, Azərbaycan və Ukraynanın Mədəniyyət və Turizm nazirlikləri tərəfindən verilib. Konsertdən öncə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın, Mədəniyyət və Turizm nazirliyinin təbrik məktubu oxundu. Bu konsertlərdə hiss etdim ki, tara maraq böyükdür. Xaricilər üçün tar yenidən kəşf edildi?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA