Baz redaktoru silahla təhdid ediblər

img

26-10-2009 [03:55]


Dünən saat 12.10 radələrində Nəsimi rayonundakı D.Əliyeva küçəsində, həmin küçədə yaşayan ?Yeni Azərbaycan? qəzetinin baş redaktoru Hikmət Məmmədov ?Toyota? markalı avtomaşınını idarə edərkən ?Mercedes? markalı avtomaşının sürücüsü ilə aralarında münaqişə baş verib. Müstəqil İnformasiya Agentliyi DİN-nin rəsmi saytına istinadən xəbər verir ki, olay zamanı həmin sürücü avtomaşının yük yerindən avtomat silahı çıxararaq H.Məmmədovu hədələyib hadisə yerindən gedib. Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş M.Ə.Rəsulzadə qəsəbə sakini Ənvər Sadıqov tutulub, onun M.Fətəli küçəsi ev 152-də kirayədə götürdüyü mənzilə baxış zamanı 1 ədəd ?AK? silahı, 29 ədəd avtomat gülləsi və 1 ədəd güllə darağı aşkar edilərək götürülüb. Araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR