Bakıda dünya zöhrətli azərbaycanlı yazıçı Rza Bərahani ilə bağlı kitab izıq üzü görüb

img

26-10-2009 [12:13]


lən Güney Azərbaycandan olan və hazırda Kanadada mühacir həyatı yaşayan Rza Bərahani və onun yaradıcılığı ilə oxucularımız artıq tanışdır. Əvvəlki yazılarımızda dünya şöhrətli şair, yazıçı və tənqidçi ədib haqqında ərtaflı məlumat vermişdik. Məlum olduğu kimi, Rza Bərahani bu günlərdə Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri, millət vəkili Sabir Rüstəmxanlının dəvətilə Bakıya gəlmişdi. Bu səfər onun Azərbaycan cəmiyyətində daha yaxından tanınmasına yol açdı. Paytaxtda olduğu müddətdə DAK-ın xətti ilə keçirilən silsilə tədbirlərdə iştirak edən güneyli ziyalının Bakı səfəri və çıxışları ölkənin dövri mətbuatında geniş şəkildə işıqlandırıldı. Bununla yanaşı, Rza Bərahanini ictimaiyyətimizə daha da yaxından tanıtmaq məqsədilə ədiblə bağlı ?Rza Bərahani: Şeirlər, Müsahibələr, Araşdırma? adlı kitab da çap olunub. Xalq şairi Sabir Rüstəmxanlının naşirliyi, ?Bakı-Təbriz? dərgisinin baş yazarı Məsiağa Məhəmmədinin tərtibçi-redaktorluğu ilə çap olunan kitab ?Qanun? nəşriyyatında dərc edilib. 79 səhifədə cəmlənən nəşr 3 hissədən ibarətdir. Rza Bərahaninin qısa tanıtımı ilə başlayan kitabın birinci hissəsi ədibin Təbriz şeirləri ilə başlayır. Şairin azadlıq ruhunun hopduğu bu şeirlərdə Rza Bərahani gənclik xatirələrini, Təbrizə olan bağlılığını bədii misralarla ifadə edir. Eləcə də oxucular bu kitabda Rza Bərahani yaradıcılığından seçilmiş ?Söz?, ?Ağı?, ?Kəpənəklərə?, ?Pəncərəni aç!? və s. şeirlərlə də tanış ola bilər. Kitabın ikinci hissəsində şairin GünAzTV-yə verdiyi geniş müsahibəsi cüzi ixtisar və zəruri redaktə ilə təqdim olunub. Televiziya aparıcısının suallarını ətraflı şəkildə cavablandıran Rza Bərahani ana dilinin əhəmiyyətini xüsusilə vurğulayıb. Bir dildə doğulub, amma başqa dildə təhsil almağı faciə kimi dəyərləndirən ədib İran adlanan yerdəki fars şovinist rejiminin türklərə qarşı mənəvi və fiziki təzyiqindən söz açıb. Eləcə də bu bölmədə şairin Avropada fars dilində çıxan ?Sual? (?Porseş?) dərgisinə verdiyi müsahibə də yer alıb. Bu müsahibədə 10 maraqlı sualı cavablandıran Rza Bərahani ?Tanrı nədir??, ?Ölümə necə baxırsınız?? kimi fəlsəfi sualların özünəməxsus izahını verib. Oxucular ?Mövlanə, sürrealizm, Rembo və Freyd arasında oxşarlıqlara dair araşdırma? ilə kitabın üçüncü hissəsində tanış ola bilərlər. ?Bakı-Təbriz? dərgisinin baş yazarı Məsiağa Məhəmmədinin tərcüməsi ilə təqdim olunan bu yazı şairin elmi tədqiqat işinın bir hissəsidir. Kitabın sonunda araşdırma ilə bağlı qeydlər də dərc olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR