24-10-2009 [03:50]
Bu gün ?Əks-səda? Beyənəlxalq Jurnalist Tədqiqatları Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi ?Qadın problemlərinin həlli mövcud vəziyyət və çıxış yolları ? layihəsi çərcivəsində 6-cı dəyirmi masanı keçirib. Dəyirmi masada 20-dən çox qadın iştirak edib. Azərbaycanın aparıcı QHT-lərinin və Kiv orqanlarının eləcədə dövlət orqanlarını təmsil edən xanımlar azərbaycan qadının aktual problemlərinin müzakirə etdilər. Tədbirdə təşkilatın 6 aylıq layihə çərçivəsində gördüyü iş qiymətləndirilib. Eyni zamanda aidiyyatı dövlət qurumlarına göndəriləcək təkliflər nəzərdən keçirilib.
Tədbirdə yerli ekspertlərlə yanaşı YUSAYD Podratçısı Azərbaycan Parlament proqramının icraçı layihə rəhbəri xanım Culia Demikalisdə iştirak edib Müstəqil tədqiqatçı xanım Gunay Rzayeva cənub regionunda apardığı tədqiqat, Dilarə Əliyeva adına Qadın Hüquqlarının Müdafiə Komitəsinin hüquq müdafiəçisi xanım Cəmilə Səmədova qadınların məhəkəmə çəkişmələri, Qadın Krizis Mərkəzinin direktoru xanım Mətanət Əzizova qadınlara qarşı zorakılıq və əmək huquqlarının pozulması halları ilə bağlı təşkilatın hazırladığı hesabatı dəyirmi massa iştirakçılarının diqqətinə çatdırıb.
?Əks-səda?BJTM SƏDRİ xanım Sevinc Kərimova bildirdi ki, təşkilat azərbaycan qadınlarının məşğulluq problemini araşdırmaq məqsədilə dəyirmi masalar və sorğu keçirib. Dəyirmi masalar və sorğu Bakı şəhərində, ölkənin cənub bölgəsi sayılan Lənkəran şəhərində , Gəncədə , Qubada keçirilib. Dəyirmi masalarda 150-dək qadın iştirak edib. Sorğu 600 respondent arasında aparılıb. Onun sözlərinə görə, son statistik nəticələrə görə hazırda muzdla işləyən qadınların sayı 601750 nəfərdir. Ölkədə 117,2 min işsiz qadın var. Aparılan araşdırmalar isə işsiz qadınların sayının daha çox olduğunu ortaya qoyur. Sorğuda iştirak edən qadınların yaş həddi 18-30, 30-45, 45 və daha çox götürülüb. Respondentlərin 50 faizdən çoxu işsiz olub. İşsiz qadınların 50 faizdən çoxu iş tapmaqla bağlı əsas çətinliyin işəgötürənlə münasibətlərlə bağlı olduğunu bildirib. Belə ki, qadınlar hesab edirlər ki, onların zahiri görnüşünün işəgötürən tərəfindən qabardılması, keyfiyyətli kadrlara təlabatın olmamaması qadınların işsiz qalmasına səbəb olur. Əsasən bu kimi hallarla rastlaşan respondentlərimiz arasında 30-45 yaşdakılar üstünlük təşkil edir.Bu təhsilli və yüksək ixtisaslı insanların rastlaşdıqları problemlər sırasında ən çox rast gəlinən hallardır. Həmçinin zahiri görnüşünün işəgötürən şərtlərinə uyğun gəlmədiyinə görə iş tapmaqda çətinlik çəkən xanımlarda az deyil 22 faiz. Əsasən 18-30 yaşlı respondentlər arasında bu səbəbdən işsiz qalanlar olduğu ortaya çıxıb.Yaşının çox olması səbəbindən iş tapmaqda çətinlik çəkən xanımların əksəriyyəti 40 yaşdan yuxarıdır. Onların 45 faizi təhsilli insanlardır.
İş yerlərindən müdriyyətin davranışının pis olması səbəbindən iş yerini dəyişənlər isə respondentlərin 58 faizini təşkil edir. 30 faiz respondentlər iş yerini dəyişməsinə səbəb kimi maliyyə məsələsini 22 faiz respondentlər isə daha perespektivli iş keçməsi ilə əlaqələndirib.
Sorğu zamanı iş yerlərinin daha tez-tez dəyişən xanımların əsasən özəl və qeyri-dövlət sektorunda çalışanların olduğu ortaya çıxıdı nisbətən sabit və uzun müddətli iş yerləri dövlət büdcəsindən maliyyələşən idarə və müəsissələrlə bağlı idi. Məsələn orta statistik işçi qadın dövlət sektorunda çalışan 3 dəfə iş yerini dəyişibsə, özəl sektorda çalışan eyni yaş göstəricili və təhsilli qadın 8-9 dəfə iş yerini dəyişməli olub.
Bakı şəhərdə aparılan sorğu zamanı daha çox iş yerlərində müdriyyətin münasibəti, zahiri görnüşün işəgötürənin şərtlərinə uyğun gəlməməsi və yaxud işçinin zahiri görünüşünün işəgötürənin tərəfindən çox qabardılması kimi hallar üstünlük təşkil edirdi. Lənkəranda aparılan sorğu zamanı daha çox təhsilsizliyi və yeni texnologiyalara aid bilgilərinin olmamasından işsiz qaldıqlarının (62 faiz) bildirirdilər , aillələrinin işləmələrinə etiraz etdiyini göstərib(24 faizi). (16 faiz )işlmək üçün münasib iş olmadığına görə işsiz qaldığını bildirib. Təhsilli insanların dövlət orqanlarında yerləşməsində rüşvət amilini önə çəkirdilər.
?Əks-səda? Beyənəlxalq Jurnalist Tədqiqatları Mərkəzi İctimai Birliyi may ayının 21 -də Bakı şəhərində 20 nəfərdən çox ziyalı qadının iştirakı ilə şəhərində ?Qadın problemləri və cəmiyyət? mövzusunda dəyirmi massa keçirib. 29 iyun-da anoloji mövzuda dəyirmi massa Lənkəranda baş tutdu. Dəyirmi masada Lənkəranda fəaliyyət göstərən dövlət idarə müəsissələrindən eləcədə ictimai təşkilatlardan olan 25-dək qadın iştirak edib. Tədbirdə iştirak edən fəal xanımlar cənub bölgəsində qadınların ictimai fəalığı üçün heç bir məhdudiyyət olmadığını qeyd edərək onları narahat edən problemlərə bağlı bir sıra təkliflər irəli sürüblər.
Mərkəz iyulun 20-də Cəncə şəhərində ?Qadın problemləri və cəmiyyət? mövzusunda dəyirmi massa keçirib. Dəyirmi masada Gəncə şəhərində müxtəlif təşkilat və müəsissələri təmsil edən xanımlar iştirak edib. Dəyirmi masada iştirak edən xanımlar təkliflərlə çıxış ediblər. Gəncə şəhərində fəaliyyət göstərən ?Təmas? Qadınlar Birliyinin sədri Südabə Məmmədova ?Nigah hüquqları və müdafiəsi ? haqqında qanunun gündəmə gəlməsini arzu etdiyini bildirdi. Gəncə Sahibkar Qadınlar Birliyinin sədri Zemfir Ağayeva yerli televiziyalarda qadınlarla bağlı verişlərini sayının artırılmasının vacib olduğunu qe? Qadınlar ?yd etdi. Onun sözlərinə görə ailədə problemlər yaşayan zorakılığa məruz qalan eləcədə məşğulluqla bağlı problemləri olan xanımların əksəriyyəti savadsız olduğundan daha çox problem yaşayırlar. Bu baxımdan marifləndirməyə ehtiyac var və t eleviziyanın marifləndirmə işində əvəzsizdir. ?Kür?İnformasiya Agentliyindən Fəridə Heydərova məktəblərdə qadın hüquqları ilə bağlı dərslərin keçirilməsini təklif etdi.?
Qeyd edək ki, may ayının 1-dən başlayan layihə çərçivəsində indiyədək bir sıra işlər görülüb. 15-dək KİV-də qadın problemlərinə dair yazıların monitorinqi aparılıb.
?Əks-səda? Beyənəlxalq Jurnalist Tədqiqatları Mərkəzi İctimai Birliyi avqustun 25-də Quba şəhərində ?Qadın problemləri və cəmiyyət? mövzusunda dəyirmi massa keçirib. Dəyirmi masada Quba şəhərində müxtəlif təşkilat və müəsissələri təmsil edən xanımlar iştirak edib. Bu görüşlərdə qadınların iş yerlərində cinsi qısnamalar məruz qalmaları, əmək qanunvericiliyinin işə götürən tərəfindən pozulması və konkret faktlar əsasında müzakirə aparılıb. Təkcə qadınların iştirak etdtiyi dəyirmi masada bir sıra aktul məsələr müzakirə olunub.
Avqust ayından etibarən Mərkəzin bir telefonu Qaynar xətt rejimində işləyir. Qaynar xətdə iş yerində seksual qısnamalara məruz qalan xanımlardan və məşğulluqla bağlı problemləri olan qadınlardan anonim şəkildə məlumat toplanır.
Mərkəz sentyabrın 30-da Bakı Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyəsi ilə ?Qadın problemləri: mövcud vəziyyət və çıxış yolları? layihəsi çərçivəsində ?Cəmiyyətdə qadın problemlərinin təzahür formaları: KİV-lərini mövcud reallıqlara baxışı? mövzusunda sayca 5-ci dəyirmi masa keçirib.
Tədbirdə Əmək və Əhalinin sosial müdafiəsi naziriliyinin Baş Məşğulluq İdarəsinin baş məsləhətçisi Nəsimi Süleymanov, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin Gender məsələri üzrə şöbəsinin əməkdaşı Pərvin Nəsibbəyli, Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin nümayəndəsi Cəmilə Səmədova, da çıxış edərək, həmin məsələlərə dair müzakirələr apardılar.
Avqust ayından 417 54 42 saylı telefon qadınların ixtiyarına verilib. Onlar əmək hüquqlarının pozulması, işdə seksual qısnamalar və s. bu kimi məsələrlə bağlı rastlaşdıqları problemləri bölüşmək imkanı qazanıblar. İndiyədək mərkəzdə 10 larla zənglər qəbul olunub. Layihənin əlaqələndiricisi qadınlara mənəvi psixoloji dəstək olmağa onların problemlərinin həll olunmasına yardım etməyə çalışıb.