Mətbuat Şurası ?Təzadlar? qəzetini "reket" elan etdi

img

23-10-2009 [05:40]


Mətbuat Şurası İdarə Heyətinin növbəti iclası keçirilib. Iclasda bir sıra məsələrlə yanaşı, ?Reket nəşr?lərin müəyyənləşdərilməsinə dair Təlimat? da müzakirə olunub. MŞ-nın sədri Əflatun Amaşob bildirilib ki, Azərbaycan Mətbuat Şurasının ?Reket nəşr?lərin müəyyənləşdərilməsinə dair Təlimat?ı hazırlanarkən sənəddə yalnız bu tip adlandırılmaya əsas verən cəhətlər əksini tapıb. ?Reket? adlandırılma ictimai qınağa söykəndiyindən və daha çox tərbiyəvi səciyyə daşıdığından həmin tədbirin nəticələri də maraq kəsb edir. Təlimatda isə bunun üçün əsas götürüləcək vasitələr nəzərdə tutulmayıb. MŞ İdarə Heyəti mövcud zərurəti nəzərə alaraq Şura Katibliyi qarşısında sənədə əlavələrin olunması ilə əlaqədar qərar layihəsi hazırlamaq tapşırığını vermişdi. Həmin layihənin hazırlandığını vurğulayan MŞ sədri Ə.Amaşov sənədin məğzində ?reket nəşr? adlandırılmış KİV-in üzərindən bu adın götürülməsi qaydalarını müəyyənləşdirdiyinin dayandığını bildirib. Layihə müzakirə edilərək qəbul olunub. Təlimata əlavələrə görə, ?reket nəşr? elan olunmuş KİV-lərin üzərində həmin adın götürülməsi proseduruna bu barədə qərarın qəbulundan bir il sonra baxılması nəzərdə tutulur. Qaydaya əsasən il ərzində Şuraya ?reket nəşr? elan olunmuş KİV haqqında əsaslı şikayət və müraciətlər daxil olmamalıdır. ?Qara siyahı?ya düşən mətbuat orqanı MŞ-yə müraciət ünvanlamalı, bir il ərzində çıxan saylarını Şuranın monitorinq qrupuna təqdim etməlidir. Monitorinqdə KİV-in peşə prinsiplərinə və ölkə qanunvericiliyinin tələblərinə necə riayət etməsinə diqqət yetiriləcək. Bu barədə MŞ Katibliyinə təqdimat ünvanlandıqdan sonra məsələyə Şuranın İdarə Heyətində baxılaraq yekun qərar çıxarılacaq. İclasda Şikayətlər üzrə Komissiyada baxılmış məsələlərlə bağlı çıxarılmış rəylər əsasında yekun qərarlar qəbul olundu. Həmçinin ?Reket jurnalistika?ya qarşı mübarizə Komissiyasının təqdimatı da nəzərdən keçirildi. Müzakirələrdən sonra ?Xəbər xətti?, ?Hüquq və ittiham?, ?Qanun və nəzarət? qəzetləri ?reket nəşr?lər elan olunub, ?Azərbaycan dünyası brifinq? qəzetinə MŞ adından xəbərdarlıq edilməsi məqbul sayılıb. ?Təzadlar? qəzetinə gəlincə, çıxışlarda bildirildi ki, nəşrin fəaliyyətində həqiqətən mətbu reketçilik əlamətləri mövcuddur. ?Təzadlar? MŞ-nin əvvəlki xəbərdarlığına məhəl qoymayıb. Qəzetin müxtəlif saylarında Şuranın İdarə Heyətinin qərarı olmadan qurumun Şikayətlər üzrə Komissiyasının ?Təzadlar? haqqında çıxardığı sonuncu rəyin əsassız sayılması barədə bildirişlər dərc edilib. Nəşr komissiyanın bu rəyində əksini tapan tələbləri də yerinə yetirməyib. Həmçinin komissiyanın iclasından keçən bir ayda Şuraya qəzet barədə yeni şikayətlər də daxil olub. "Bütün bunlar qəzetə bir daha güzəşt edilməsini mümkünsüzləşdirir."- deyə vurğulanıb. Müzakirələrdən sonra ?Təzadlar? qəzetinin adının ?reket qəzetlər? siyahısına salınması barədə təklif səsə qoyulub və 8 nəfər lehinə, 3 nəfər əleyhinə, 1 nəfər bitərəf olmaqla qəbul edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR