JUHi mediada menecment problemini müzakirə edib

img

23-10-2009 [03:07]


Bu gün Mətbuat Şurasında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun dəstəyi, Jurnalistlərin Həmkarlar İttifaqının təşəbbüsü ilə ?Azərbaycan Mediasında Menecment Problemi? mövzusunda seminar keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, JUHİ-nin sədri Müşfiq Ələsgərli layihə çərçivəsində 3 seminarın keçirildiyini nəzərə çatdırıb. Onun sözlərinə görə, bu məsələdə beynəlxalq təşklatlarla əlaqələrin yaradılması və onların məsləhətləri nəzərə alınacaq: ?Artıq biz bu məsələ ilə bağlı Beynəlxalq Jurnalistlər Federasiyası ilə danışıqlar aparmışıq. Bundan əlavə, adıçəkilən təşkilatın prezidenti Cen Bumela ilə də danışıqlar aparılmaqdadır?. Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli Azərbaycan mediasında bu sahədə problemlərin olduğunu vurğulayıb: ?Bizdə menecmentlə bağlı ciddi problemlər mövcuddur. Hesab edirəm ki, indiki şərtlərlə media rəhbərləri bu məsələyə xüsusi diqqət yetirməlidirlər?. BDU-nun müəllimi Aydın Dadaşov isə çalışdığımız qəzetlərin tipologiyasını müəyyən etməyin vacibliyini bildirib: ?Bütün münasibətlər yazılı şəkildə olmalıdır. Texnologiyanın inkişafı çox şey deməkdir. Lakin, texnologiyanın inkişaf etməsinə baxmayaraq, yenə də insan faktoru böyük əhəmiyyət daşıyır?. Azər Həsrət isə menecment qaydalarının tətbiqinin vacibliyini deyib: ?İnternetsiz medianı təsəvvür etmək qeyri-mümkündür. Müasir texnologiyaların inkişfı klassik anlamda jurnlistikanı arxa plana atıb?.

Digər xəbərlər
SON XƏBƏRLƏR