Həbsdə olan baz redaktor Eynulla Fətullayev həmkarlarına təklif göndərib

img

23-10-2009 [12:00]


Oktyabrın 30-u Beynəlxalq Siyasi Məhbuslar Günüdür. Bu günün tarixi 1974-cü ildən - SSRİ-də məhkum olunmuş iki siyasi məhbusun həbsxanada belə təşəbbüslə çıxış etməsindən başlayır. ?Gündəlik Azərbaydan? və ?Realnı Azerbaydjan? qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayev həmin günlə bağlı kampaniya keçirilməsi təklifi ilə çıxış edib. Oktyabrın 22-də oğluna baş çəkən atası Emin Fətullayev ?Media forum? saytına deyib ki, baş redaktor jurnalist həmkarlarını gələn həftəni ?Siyasi məhbuslar həftəsi? elan etməyə, ?Siyasi məhbusları unutmayaq? kampaniyası başlatmağa çağırır. E.Fətullayev 2007-ci il aprelin 20-də Yasamal Rayon Məhkəməsinin qərarı ilə məhkəmə zalında həbs edilib. Bu həbsə Qaçqın və Məcburi Köçkünlərin Hüquqlarını Müdafiə Birliyinin sədri Tatyana Çaladzenin iddiası səbəb olub. Jurnalist 2005-ci ildə qələmə aldığı ?Qarabağ gündəliyi? adlı silsilə yazılarında xocalıları təhqir etməkdə günahlandırılıb və ona 2 il 6 ay həbs cəzası verilib. Tutulandan bir ay sonra Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsində E.Fətullayevin rəhbərlik etdiyi KİV-də getmiş məlumatlarla əlaqədar cinayət işi başlanıb. Söhbət ?Realnı Azerbaydjan? qəzetində yerləşdirilən, ABŞ-ın İrana hərbi təcavüzü ilə bağlı ehtimalların səsləndirildiyi məlumatlardan gedir. Bu məlumatların Azərbaycanda işləyən xarici ölkə vətəndaşları və beynəlxalq qurumlarda təşviş yaratdığı iddia olunub. MTN-də başlanan istintaqla əlaqədar E.Fətullayev 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 214.1-ci (terrorçuluqla hədələmə) və 283.2.2-ci (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması), külli miqdarda vergidən yayınmada (213.2.2-ci maddə) təqsirli bilinib.

Digər xəbərlər
SON XƏBƏRLƏR