Azərbaycanda ?Silahlı Qüvvələrə ictimai Nəzarət Mərkəzi? təsis olundu

img

22-10-2009 [04:09]


Bu gün Bakıda ?Silahlı Qüvvələrə İctimai Nəzarət Mərkəzi? İctimai Birliyi təsis olunub. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bununla bağlı keçirilən tədbirdə çıxış edən təşkilatın idarə heyətinin üzvü, keçmiş müadafiə naziri Dadaş Rzayev bildirdi ki, artıq qurumun Nizamnaməsi qəbul olunub və sədr seçilib. Mərkəzin sədri Emin Həsənli isə çıxışında qarşıya qoyulmuş vəzifələrdən danışdı. O bildirdi ki, belə bir mərkəzin yaradılmasına çoxdan ehtiyac var idi və bu istiqamətdə həm Silahlı Qüvvələrin rəhbərliyi, həm parlament, həmdə ATƏT-in Bakı ofisi ilə danışıqlar aparılırdı. Nəhayət, mərkəzin yaradılması təşəbbüsü dəstəklənib və bu gün onun təsis olunması elan edildi. E.Həsənlinin sözlərinə görə, bu gün Avropa və NATO ölkələrində orduya ictimai nəzarəti həyata keçirən qurumlar var və belə bir təşkilatın Azərbaycanda da yaradılması çox müsbət addımdır. ?Silahlı Qüvvələrə İctimai Nəzarət Mərkəzi?nin əsas məqsədi Azərbaycan Silahlı Qüvvələrində əsas insan hüquq və azadlıqlarının müdafiəsi, hərbçilərin sosial rifahının yaxşılaşdırılması istiqamətində dövlət hakimiyyəti orqanları ilə əməkdaşlıq etməkdir. Birlik son bir neçə ildə ATƏT-in Bakı Ofisinin təşəbbüsü, Azərbaycanda fəaliyyət göstərən hərbyönümlü QHT-lərin iştirakı il aparılan davamlı müzakirələrin, keçirilən tədbirlərin yekun nəticəsi olaraq təsis edilir. Birlik qeyd olunan məqsədlərinə çatmaq üçün Silahlı Qüvvələrdə insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində ictimai fəallığın artmasına kömək etməyə, bu sahədə mövcud olan problemləri araşdırmağa və qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflər verməyə çalışacaq. Bundan başqa, KİV-lə sıx əməkdaşlıq, Silahlı Qüvvələrdə insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində monitorinqlərin həyata keçirilməsi, hərbi mövzulu fəaliyyətlə bağlı ictimai müzakirələrin təşkili və digər məsələlər də nəzərdə tutulur: ?Azərbaycan Opdusu regionun ən güclü ordusudur. Biz ordumuzun da daha da güclənməsinə çalışacağıq?. Tədbirdə qeyd olundu ki, təşkilatın idarə heyətinə keçmiş hərbçilərlə yanaşı, millət vəkilləri Aydın Mirzəzadə, Həvva Məmmədova, Aydın Həsənov və tanınmış muğam ustası Mənsum İbrahimov da daxıldir. Tədbirdə çıxış edən millət vəkili Həvva Məmmədova bildirdi ki, belə bir təşkilatın yaradılması uzun müddətdir arzu olunan bir iş idi: ?İşğala məruz qalmış ölkə üçün belə bir qurumun yaradılmasına həmişə ehtiyac var. Biz ordumuzun nəyə qadir olduğunu yaxşı bilirik. Amma bəzi dairələr var ki, gecə-gündüz Azərbaycan Ordusuna ləkə yaxman barədə düşünür. Biz özümüz hərbi hissələrdə olmuşuq və yüksək şəraitdə tanış olandan sonra belə insanların nə qədər yalan danışdığını cəmiyyətə çatdırmışıq. Bu gün hər bir valideynin imkanı var ki, oğlunun xidmət etdiyi səngərə baş çəksin. Biz də öz növbəmizdə hərbi hissələrə, cəbhə xəttinə belə səfərlərin təşkil olunmasına çalışacağıq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR