Azad Rəhimov istedadlı gəncləri mükafatlandırdı

img

21-10-2009 [05:18]


19-21 oktyabr 2009-cu il tarixlərdə Gənclər və İdman Nazirliyi tərəfindən Qaçqın və məcburi köçkün uşaq və gənclərin III Respublika yaradıcılıq festival-müsabiqəsinə strart verilib. Müstəqil İnformasiya Agenliyinin xəbərinə görə, Gənclər və İdman Naziri Azad Rəhimov, Baş Nazirin müavini Əli Həsənov, millət vəkillərinin və digər əlaqədar orqanların rəhbər işçilərinin qatıldığı tədbirdə fəal və istetadlı gənclər qalibiyyət uğrunda mübarizə apardırlar. Giriş sözü ilə çıxış edən Azad Rəhimov, 20 ildən artıqdır ki, ökəmizin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə cəlb olunduğunu, torpaqlarımızın 20%-in Ermənistan tərəfindən işğal edildiyini, bir milyondan artıq soydaşımızın öz doğma yurd-yuvalarını tərk etdiyini və təbii ki, bu münaqişədən ən şox zərər çəkmişlər arasında gənclərimizin üstünlük təşkil etdiyini bildirdi: ?Gənclər və İdman Nazirliyi daim sosial müdafiəyə ehtiyacı olan gəncləri diqqət mərkəzində saxlayır və onların problemlərinin həllində əlindən gələn köməyi göstərir. Nazirlik tərəfindən əlaqədar dövlət qurumları və ictimai təşkilatlarla birgə qaçqın və məcburi köçkün gənclərin hərtərəfli inkişafı, asudə vaxtlarının səmərəli təşkil olunması, yaradıcılıq potensiallarının üzə çıxarılması, onların mədəni həyatda iştirakının təmin edilməsi məqsədilə bir sıra layihələr həyata keçirir?. Nazir, Prezidentin Sərəncamı ilə təsdiq olunmuş ?Azərbaycan Gəncliyi Dövlət Proqramı?nda bu vəzifələrin bilavasitə icrasını nəzərdə tutan müddəaların öz əksini tapdığını bildirdi. Azad Rəhimov qeyd etdi ki, artıq 2006-cı ildən keçirilən qaçqın və məcburi köçkün gənclərin yaradıcılıq Festivalları məhz bu Proqram çərçivəsində həyata keçirilir ki, burada məqsəd qaçqın və məcburi köçkün olmuş gənclərimizin yaradıcılıq potensialını aşkara çıxarmaq və onların gələcək inkişafı üçün lazımi şəraiti yaratmaqdır. Layihə çərçivəsində Respublikanın tanınan simalarından Mənsum İbrahimov- Azərbaycan Respublikasının xalq artisti, Ağaverdi Paşayev - Azərbaycan Respublikasının xalq artisti, Nuriyə Hüseynova - Azərbaycan Respublikasının əməkdar artisti, Əsmər Nərimanbəyova- Rəssamlar İttifaqının üzvü, Şəhrübani Əziz -Rəssamlar İttifaqının üzvü və digərləri münsiflər heyətinin üzvləri qismində hər bir iştirakçının bacarığını qiymətləndiriblər. Tədbirin sonunda qaliblərin mükafatlandırma mərasimi oldu. 12-18 yaş kateqoriyası üzrə şer nominasiyasında: I yer -Abdullayeva Sevil İlqar qızı (Xocavənd rayonu) II yer - Kazımova İlahə İlham qızı (Xocalı rayonu) III yer ? Qədimli Çinarə Səfər qızı (Xocavənd rayonu) 12-18 yaş kateqoriyası üzrə musiqi nominasiyasında: I yer - Əliyeva Leyla İlqar qızı (Şuşa şəhəri) II yer - Məmmədov Orxan Xaləddin oğlu (Füzuli rayonu) III yer - Məmmədov Səxavət Cəmil oğlu (Kəlbəcər rayonu) 12-18 yaş kateqoriyası üzrə rəsm nominasiyasında: I yer- Bağırlı Elvin Bağır oğlu (Zəngilan rayonu) II yer- Hümbətov Nəcməddin Mərdan oğlu (Laçın rayonu) III yer- Mirzəzadə Qubad İbad oğlu (Kəlbəcər rayonu) 19-25 yaş kateqoriyası üzrə şer nominasiyasında: I yer - Qarayev Elmir Elşad oğlu (Laçın rayonu) II yer - Nadirov İlkin İlqar oğlu (Laçın rayonu) III yer ? Bayramova Aygün Rafiq qızı (Cəbrayıl rayonu) 19-25 yaş kateqoriyası üzrə musiqi nominasiyasında: I yer - İmamverdiyeva Günay Akif qızı (Şuşa şəhəri) II yer - Kazımov Elçin Qasım oğlu (Laçın rayonu) III yer - Nağıyev İbadət Xıdır oğlu (Xocalı rayonu) 19-25 yaş kateqoriyası üzrə rəsm nominasiyasında: I yer - Qədmalıyev Hafiz Adəm oğlu (Laçın rayonu) II yer - Heydərova Nüşabə Yusif qızı (Zəngilan rayonu) III yer - Cahangirov Tural Ramiz oğlu (Xocavənd rayonu)

Digər xəbərlər
SON XƏBƏRLƏR