Hulusi Kılıç: ?Qarabağ azad edilmədən sərhədləri açmayacağıq?

img

21-10-2009 [05:08]


?Azərbaycanın keçmişdə də, ikinci dəfə müstəqillik qazananda da yanında olduq və hər zaman yanındayıq?. Bu barədə jurnalistlərə Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç bildirib: ?Bu torpaqlar bizim torpaqlardır. Biz soydaşıq. Bura bizim ata yurdumuz. Xahiş edirəm, Türkiyə prezidentinin, baş nazirinin və xarici işlər nazirinin sözlərinə inanın. Nə olur inanın. Aramıza nifaq salmaq istəyənlərə fürsət verməyin. Bizi ayırmaq istəyənlərə fürsət verməyin. Siz Türkiyəyə güvənin, Türkiyə xalqı hər zaman Azərbaycan xalqının yanındandır. O xalqın hissiyatı Türkiyə Böyük Millət Məclisinə təsir edəcək?. Səfir qeyd edib ki, Azərbaycanın istəmədiyi addımı Türkiyə atmayacaq: ?Görəcəksiniz, bu sərhədlər Azərbaycan istəmədiyi müddətdə açılmayacaq. Biz Dağlıq Qarabağ üçün sərhədləri bağladıq, o azad olmayınca, sərhədlər də açılmayacaq?. H.Kılıcin sözlərinə görə, dünya bilir ki, Türkiyə protokolları imzalamaqla üzərinə düşəni etdi: ?Artıq növbəti addımın atılmasını onlardan gözləyirik. Görəcəksiniz, Qafqazda sülh olacaq. Biz bütün Qafqaz üçün sülh istəyirik?. Səfir Qafqazdakı bütün dövlətlər arasında sərhədlərdə maneə qalmaması tərəfdarı olduğunu da vurğulayıb: ?Hamısı açılsın. Və hamısı bu inkişafdan pay alsın?.

Digər xəbərlər
SON XƏBƏRLƏR