Bu gün Filarmoniyada Caz festivalının açılız mərasimidir

img

21-10-2009 [01:37]


Çoxdan gözlənilən Caz festivalı bu gün Bakıda öz işinə başlayacaq. Azərbaycan Dövlət Filarmoniyasının mətbuat üzrə redaktoru Afaq Tapdıqova Müstəqil İnformasiya Agentliyinə bildirib ki, festival Üzeyir Hacıbəyov adına Simfonik Orkestrin müşayəti ilə başlanacaq: ?Gecədə solist kimi xalq artisti Şükür Səmədov (klarnet), beynəlxalq müsabiqələr laureatı Emil Əfrasiyaboğlu (piano) iştirak edəcəklər. Dirijor isə Fəxrəddin Kərimovdur. İlk öncə bu festivalın açılışı ilə bağlı mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin çıxışı gözlənilir?. A.Tapdıqovanın sözlərinə görə, festival təxminən 10 gün keçiriləcək: ?Filarmoniyada isə bu festival iki gün - oktyabrın 21 və 27-si davam edəcək. Yerdə qalan günlər ərzində festival öz işini başqa mədəniyyət ocaqlarında davam etdirməli olacaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA