Alim Qasımovun səfər planında dəyiziklik edilə bilər

img

19-10-2009 [02:41]


Xalq artisti, tanınmış muğam ifaçısı Alim Qasımov bir neçə gündür ki, Misirdə qastrol səfərindədir. Sənətkarın ailəsindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, o, bu səfərə qızı Fərqanə Qasımova ilə birlikdə gedib. Məlumata görə, Alim və Fərqanə Qasımovlar neçə gündür ki, Misirdə konsert layihələri ilə çıxış edirlər: ?Əslində onların planı oradan birbaşa Azərbaycana qayıtmaq idi. Amma deyəsən, plan dəyişəcək. Ola bilsin ki, onlar Misirdən başqa bir ölkəyə getsinlər?. Qeyd edək ki, Alim Qasımovun səfəri başa çatdıqdan sonra, o, Azərbaycan tamaşaçıları üçün də konsert verməyi planlaşdırır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA