Günay zou-biznesə ?salam?ı Elzad Xose ilə dedi

img

16-10-2009 [08:36]


?Nur? prodüser məpkəzi jurnalistləri ?Trend? Mətbuat Mərkəzinə toplayaraq, Günay adlı ifaçının reper Elşad Xose ilə oxuduğu duetə çəkilən klipi təqdim etdi. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, tədbirin əsas səbəbkarı - ?Yeni ulduz 7? yarışmasının finalçısı, 19 yaşlı Günay İbrahimli hazırda Asəf Zeynallı adına Musiqi Kollecinin fortepiano şöbəsinin 4-cü kurs tələbəsidir. ?Nur? prodüser mərkəzinin dəstəyi ilə o, artıq 5 mahnı lentə alıb ki, təqdim olunan klip də onlardan birinə ? sözləri və musiqisi İsmayıl Əsədova (rep hissəsini çıxmaq şərtilə) məxsus ?Yadına sal? adlı mahnıya çəkilib. Mako ləqəbi ilə tanınan rejissor Samir Fərzəlibəyovun ekran işi mürəkkəb süjetə malik olmasa da, jurnalistləri razı saldı. O, əsas məqsədin Günayı ön plana çəkmək olduğunu bildirdi. Jurnaistlər tərəfindən İradə İbrahimovaya bənzədilən Günay isə bu fikirlə razılaşmadı. Deyəsən o, klipindən də, özündən də olduqca razı idi, çünki ?Oskar? mükafatı alırmış kimi, özünü yalnız yüksəklərdə gördüyünü bildirdi. Tədim olunan iş ümumilikdə, yəni söz, musiqi, ifa, aranjeman, görüntü və s. baxımdan müsbət qiymətləndirildi. Layihənin rəhbəri Təranə Səmədova yaxın gələcəkdə həm ?Nur? prodüser mərkəzinin, həm də Günay xanımın növbəti maraqlı işlərilə tez-tez görüşümüzə gələcəyini vəd etdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA