Bəstəkarlar ittifaqı yubiley və festivala hazırlazır

img

15-10-2009 [03:44]


Bəstəkarlar İttifaqının 75 illik yubileyinə hazırlıq işləri başlayıb. Bu barədə Müstəqil İnformasiya Agentliyinə sözügedən qurumun məsul katibi Lalə Hüseynzadə məlumat verib. L.Hüseynzadənin sözlərinə görə, Bəstəkarlar İttifaqının 75 illik yubileyi noyabrda baş tutacaq: ?Bu böyük bir yubiley mərasimidir. Yubileyə bir çox ölkələrdən-Gürcüstan, Tacikistan, Moskva, Qazaxıstan, Ukrayna və s. ölkələrdən tanınmış musiqişünaslar, bəstəkarlar dəvət olunublar?. L.Hüseynzadə deyib ki, sözügedən yubiley həm də festival xarakteri daşıyacaq: ?Biz belə qarara aldıq ki, yubiley ərəfəsində böyük musiqi festivalı da keçirək. Festival noyabrın 12-də başlayıb 17-də başa çatacaq. Festival çərçivəsində bir çox bəstəkarların əsərlərinə yer ayrılacaq. Bunların arasında yaşlı, gənc və uşaq mahnıları da yer alacaq. Bu il Uşaq ili olduğundan Bəstəkarlar İttifaqı festivalın bir gününü məhz uşaq mahnılarına ayıracaq. O zaman bilinicək ki, Uşaq ilində neçə mahnı yazılıb və onlar kimlərindir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA