?Azadlıq?la ?Yeni Müsavat?ın anlazması közə yazarlarının narazılığı ilə qarzılanıb

img

15-10-2009 [12:43]


Məlum olduğu kimi, uzun müddətdən bəri ?Azadlıq? qəzeti ilə ?Yeni Müsavat? qəzeti arasında davam edən savaşa artıq son qoyulub. Hər iki qəzetin rəhbəri - Azər Əhmədovla Rauf Arifoğlu bir araya gələrək, qarşılıqlı ittihamlara son qoymağı qərara alıblar. Anlaşmaya görə, hər iki qəzetdə bütün janrlardakı yazılarda qarşı tərəf barədə mənfi fikir bildirilməyəcək. Amma bu anlaşma ?Azadlıq? qəzetinin köşə yazarlarının narazılığına səbəb olub. Müstəqil İnformasiya Agentliyinə açıqlama verən Azad Yazarlar Ocağının sədri, köşə yazarı Seymur Baycan yazarlar qarşısında belə bir qadağanın qoyulmasını qətiyyətlə pisləyir: ?Anlaşma qəzetlə qəzet arasında ola bilər. Bu anlaşmanın biz köşə yazarlarına aidiyyatı yoxdur. Mən bir qəzetə köşə yazıram deyə, mənim adımdan kiminləsə anlaşmaya gedilməsinə icazə verməmişəm. Yəni heç kim mənim adımdan danışmasın. Odur ki, ?Azadlıq?la ?Yeni Müsavat? arasındakı anlaşma mənim üçün etibarsızdır. İstənilən vaxt Rauf Arifoğlu mövzusuna toxuna bilərəm?. ?Azadlıq? qəzetinin digər yazarı Natiq Güləhmədoğlu da MİA-ya deyib ki, lazım gəldiyi zaman istədiyi mövzuda, istədiyi şəxs haqqında yazacaq: ?Yaradıcılığımızı ?Yeni Müsavat?a və Rauf Arifoğluna həsr etmək fikrimiz yoxdur. Nə zaman lazım gələcəksə, o mövzuya toxunacağıq. Bildiyiniz kimi, ?Azadlıq? qəzeti və ?Yeni Müsavat? arasında anlaşma oldu və bildirildi ki, bütün janrlarda yazılan məqalələrdə qarşılıqlı ittihamlara yer verilməyəcək. Yəni burada köşə yazılarına da müəyyən qadağaların qoyulması məsələsi var. Amma şəxsən mənə ?Azadlıq? qəzetinin rəhbərliyi belə bir qadağanı qoya bilməz. Mən, lazım gələndə Rauf Arifoğlundan yazacam. Əgər ?Azadlıq? qəzeti bu yazılarımı verməsə, başqa mətbu orqanlar, portallar var, orada öz fikrimi bildirəcəyəm?. N.Güləhmədoğlunun sözlərinə görə, əgər sözügedən iki qəzet rəhbəri belə bir anlaşmaya gəliblərsə, bunun özü söz azadlığının boğluması və senzuradır. Köşə yazarı Elnur Astanbəyli də MİA-nın müxbiri ilə söhbətində qadağanın əleyhinə olduğunu deyib. Onun sözlərinə görə, iki qəzet rəhbərinin bu şəkildə anlaşması doğru deyil: ?Qəzet rəhbəri informasiyalara bu və ya digər formada qadağa qoya, yaxud müdaxilə edə bilər. Amma köşə yazılarına qadağa qoymaq dünya təcrübəsində yoxdur. Mən, yazılarımı yazmaqda davam edəcəm. Əgər hər hansı senzura olarsa, yəqin ki, başqa addımlar atılacaq. Həm də demək istəyirəm ki, əslində bu anlaşma Rauf Arifoğlu üçün göydəndüşmə oldu, belə bir görüş olan kimi tələsik mətbuata çıxardı. Ümumiyyətlə, iki qəzet rəhbərinin gedib bir yerdə oturub, bundan sonra heç bir yazı yazılmayacaq qərarını vermələri peşəkarlığa, söz azadlığına və digər prinsiplərə ziddir?. Qan Turalının məsələylə bağlı mövqeyi daha lakonik oldu: ?Biz ?Azadlıq? qəzeti ilə o şərtlərlə işləmirik ki, kimsə, nədəsə bizə qadağa qoysun. Anlaşmaya gəlincə, onunu bizə aidiyyatı yoxdur, heç kim də bizim adımızdan anlaşmaya gedə bilməz. Nə vaxt hansı mövzudan istəsək, yazacağıq. İndi ona görə yazmırıq ki, özümüz istəmirik. Lap elə günü sabah yaza bilərik?. ?Yeni Müsavat? qəzetinin baş redaktoru Rauf Arifoğlu Müstəqil İnformasiya Agentliyinə açıqlamasında bildirib ki, əgər belə bir addım atılacaqsa, iki qəzetin arasındakı anlaşma pozulmuş hesab oluncaq: ?Mən inanmıram ki, ?Azadlıq? qəzeti bu anlaşmanı pozsun. Əgər həmin köşə yazarları başqa KİV-lərdə yazsalar və sonra eyni imza ilə ?Azadlıq? qəzetində yazsalar, bu, o deməkdir ki, bu bir oyundur. Onda mən bu anlaşmanı pozulmuş hesab edəcəm. O zaman anlaşmanı pozulmuş hesab etməyə bilərəm ki, həmin köşə yazarları ?Azadlıq?da yazmasınlar?.

Digər xəbərlər
SON XƏBƏRLƏR