Opera müğənnisi ülvi Qılıncı döyüblər

img

14-10-2009 [06:28]


Bir neçə gün bundan əvvəl beşmərtəbə yaxınlığındakı kafelərdən birində gənc opera müğənnisi Ülvi Qılınc döyülüb. Show.az xəbər verir ki, müğənni şəhərin mərkəzində, ictimai yerdə döyülərək, təhqir edilib. Ülvi Qılınc özü baş verən hadisəni təsdiqləyib: - ?Yaxın dostlarımla bir yerdə oturmuşduq. Bu vaxt ofisiant bizə yaxınlaşıb, dedi ki, filan masada oturan kişi Sizi çağırır. Təbii ki, mən də həmin masaya getmədim. Kafedən çıxanda Alison (əsl adı sehrbaz Əli - Show.az) mənə söyə-söyə yaxınlaşıb, əl qaldırdı. Camaatın içində olduğu üçün ona əl qaldırmadım. Dərhal polisləri hadisə yerinə çağırdım?. Qeyd edək ki, Ülvi Qılınc hadisə baş verəndən sonra dostları ilə birlikdə Yasamal Rayon 27-ci Polis bölməsinə müraciət edib. Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA