Əminə Yusifqızı: ?çal-çağır zou? kimi verilizlər yayımlanır. Toppuzdan gələcək nəsil nə öyrənəcək??

img

14-10-2009 [03:37]


?Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə görüşlərim olub. O, çox ağıllı insandı və həmişə ağıllı təkliflərlə çıxış edir. Yenə də sözünü dedi. Bundan nəticə çıxarmaq isə telekanal rəhbərlərinin işidir. Amma hələ ki, müsbət nəticə görmürük. Telekanal rəhbərləri verilişləri bağlamaq adı ilə, sadəcə, ad dəyişirlər?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə açıqlamasında xalq artisti Əminə Yusifqızı telekanallarda yayımlanan və milli?mənəvi dəyərlərimizə zidd olan bəzi verilişlər haqqında danışarkən deyib. Bildirib ki, hazırda əsl sənət yaradıcılığı çox az adamın yadına düşür: ?Sənətkarların əksəriyyəti isə unudulub. Nə yubileyləri keçirilir, nə də xatirə gecələri. Cəfər Cabbarlının 100 illiyidir. Niyə tədbir keçirilmir? Artıq il başa çatır, amma bu dahi insan hələ də telekanal rəhbərlərinin yadına düşmür. Sabah Lökbatanda Cəfər Cabbarlıya həsr olunmuş ədəbi gecə keçiriləcək. Təsəvvür edin ki, mən çıxış etmək üçün ora gedəcəm. Neyləyim? Bu boyda Bakıda onunla bağlı tədbir keçirilmir. Bu qədər biganəlik olar??. R.Mehdiyevin tənqidindən sonra telekanal rəhbərlərinin verilişlərin mahiyyətini deyil, yalnız adlarını dəyişməklə məşğul olduqlarını bildirən xalq artistinin sözlərinə görə, bir verilişi bağlayıb, eyni məzmunlu digərini açırlar: ?Adı da olur ki, guya tənqiddən nəticə çıxarıblar. Mən başa düşə bilmirəm ki, telekanallarda nə dəyişib? Əvvəlki vurçatlasın- çaloynasın davam edir. Biabırçılıqdır. ?Çal-çağır şou? kimi verilişlər yayımlanır. Toppuşdan cəmiyyət, gələcək nəsil nə öyrənəcək və necə maariflənəcək? Bu cür verilişlər yetişməkdə olan nəsli müsbət istiqamətə yönəltmir. Məni də belə verilişlərə dəvət edirlər, amma getmirəm. Efir üçün ölsəm belə, o cür verilişlərin birinə də getmərəm?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA