Xuraman Şuzalının teleaparıcılıq arzusu ürəyində qaldı

img

13-10-2009 [05:21]


?Qoliaf? Media Prodakşn gələn həftədən ?Lider? telekanalında ?Sehrli çıraq? adlı yeni musiqili-əyləncəli proqram təqdim etməyə hazırlaşır. Bununla bağlı keçirilən mətbuat konfransında Müstəqil İnformasiya Agentliyi aşağıdakı məlumatları əldə edib. Layihənin rəhbəri artıq bir neçə telelayihəyə imza atmış Kemal Cenk İçtendir. Həftə içi 5 gün canlı yayımlanacaq proqramda hər gün 5 iştirakçı yarışacaq. Onlardan ikisi qonaq qismində dəvət olunmuş tanınmış şəxslər olacaq. Digər üçü isə SMS vasitəsilə qeyliyyata düşmüş və seçim nəticəsində şans qazanmış tamaşaçılar olacaqlar. İştirakçılar ciblərindəki hər hansı pul əskinasında olan seriya nömrəsini söyləyəcəklər. Bu nömrələr qeydə alınaraq ekranda göstəriləcək. 10 qız əllərində nömrələnmiş 10 hədiyyəli qutularla səhnənin bir hissəsində, 10 qız isə əllərində yenə də nömrələnmiş, lakin içində 0-dan 9-a qədər nömrələr olan qutularla digər hissədə dayanacaqlar. Bundan sonra iştirakçı öncə hədiyyə qutusu açdıracaq. Sonra isə bəxtinə düşən hədiyyəni qazanmaq üçün rəqəmlərdən ibarət 10 qutudan üçünü açdırmalı olacaq. Açılmış 3 rəqəm iştirakçının söylədiyi pul seriyasında olarsa, o, qalib gələcək. İlk mərhələlərdə oyuna qoyulmuş hədiyyələrin dəyəri 500-2000 manat məbləğində olacaq. 5-ci gün final oyunu keçiriləcək. Əvvəlki günlərdə qalib olmuş iştirakçılar qazandıqları hədiyyələrdən imtina etməklə finalda iştirak hüququ qazanıb, daha böyük məbləğdə hədiyyələrə sahib ola bilərlər. Həm aparıcı, həm də 20 qız Şərq nağıllarındakı personajlara uyğun geyimlərdə olacaqlar. Qeyd edək ki, ilk öncə layihənin aparıcısı kimi müğənni Xuraman Şuşalının namizədliyi təsdiq olunmuşdu. Lakin son günlər respublika rəhbərliyinin telekanallarda yayımlanan şou-proqramlar və onların aparıcıları ilə bağlı tənqidi çıxışı müğənninin aparıcılığı məsələsinə mənfi təsirini göstərdi. Xuraman Şuşalı aparıcılıqdan uzaqlaşmaq məcburiyyətində qalsa da, layihədə həmtəsisçi qismində çıxış edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA