?Sözüm var? birmənalı qarzılanmasa da, ?Yeni ulduz? sırf sənət meyarıdır?

img

13-10-2009 [04:12]


ATV-də yaradılmış Ekspert Qrupunun üzvü, nəğməkar şair Baba Vəziroğlu Müstəqil İnformasiya Agentliyinə müsahibə verib. O, telekanallarda yayımlanan bəzi verilişlərin qüsurlu olmasından söz açıb: - Çoxdandır ki, bu problem bizi narahat edirdi. Axırda qarar verdik ki, Ekspert Qrupu yaradaq. Həmin qrupda incəsənət nümayəndələri ilə yanaşı, siyasət adamları da təmsil olunurlar. Hər biri öz sahəsinin mütəxəssisdir. Amma məqsəd birdir; verilişlərn keyfyyətini daha da yaxşılaşdırmaq, müəyyən milli-mənəvi dəyərlər kriteriyasına uyğun gəlməyən verlişləri və aparıcılırı yavaş-yavaş efirdən yığışdırmaq. Söhbət təkcə ?Azad Azərbaycan? telekanalından gedir. Xalqa yüksək səviyyəli verilişlər təqdim etmək lazımdır. [b]- Bəzi verilişlərin yayımına xitam veriləndə Ekspert Qurupu nəyi əsas götürür?[/b] - Ekspert Qrupu yaranmazdan çox-çox öncə, biz, ?Sözüm var? meyxana yarışmasını dayandırmaq istəyirdik. Ekspert Qrupu yaranandan sonra isə qəti qərara gəldik ki, ?Sözün var? meyxana yarışmasını dayandıraq. Məqsədimiz bu yarışmanı çox geniş formada təqdim etməkdir. [b]- Yəni, meyxana yarışması davam edəcək?[/b] - Bəli. Bu, iri məzmunda, primitiv meyxana deyil, zəngin folklorumuzun bir qolu kimi təqdim oluna biləcək səviyyədə efirə verilməlidir. [b]- Xalq artisti Aygün Kazımovanın efirdən getməsi Ekspert Qrupunun qərarı idi, yoxsa?[/b] - Ekspert Qrupunda bu məsələ müzakirə olundu və qərara alındı ki, veriliş təkmilləşsin. Aygün xanım isə başqa bir layihə üzərində işləyir. Təxminən iki ay müddətinə öz xahişi ilə verilişin aparıcılığından gedib. İki aylıq fasilə verir. Həmin layihə isə Azər Axşama tapşırılıb. [b]- ATV-də yayımlanan verilişlərdən daha hansı bağlanmaq üzrədir?[/b] - ?Performans?, ?Tam sərbəst?, ?Onlar?, ?Sözüm var? və bəzi verilşlərin yayımında aşağıda SMS yazılırdı. Bunlara da qadağa qoyuldu. Hazırda isə yeni verilişlər açılmaq üzrədir. Milli-mənəvi dəyərlərlə bağlı verilşlərə üstünlük veriləcək. ?İrsimiz?, ?Azərbaycan sirləri? və s. Bundan başqa mən də bir layihə hazırlayıram. [b]- Bəziləri iddia edirlər ki, verilişlərlə bağlı ayrıseçkilik edilir?[/b] - Heç bir ayrıseçkilik yoxdur. Sadəcə, ömrünü başa vuran verilişlər yayımlanmayacaq. [b]- ?Yeni ulduz? necə, hələ tükənməyib ki?[/b] - Yox. 1000-dən çox gənc bu yarışmaya qatılıb. Gəncləri kriminal aləmdən çəkindirməyin bir yolu da budur. ?Sözüm var? birmənalı qarşılanmasa da, ?Yeni ulduz? sırf sənət meyarıdır. Əgər görsək ki, bu yarışma tükənib, o zaman hər şey bitəcək. ?El içində? verilişi də populyar və özünü təsdiqləmiş layhədir. Son zamanlar orada milləti düşündürən məsələlər müzakurə edilir. Orada tərəfkeşlik yoxdur, hər kəs öz mövqeyini bildrir. Bu səpkidən olan verilişlərin sayı bir az da artırılmalıdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA