Yalçın Rzazadənin Türkiyə səfəri təxirə salınıb

img

09-10-2009 [01:58]


Xalq artisti Yalçın Rzazadə noyabrın ilk ongünlüyündə Türkiyəyə gedəcək. Y.Rzazadənin Müstəqil İnformasiya Agentliyinə verdiyi məlumata görə, həmin ölkəyə nəzərdə tutulan səfərinin məqsədi yenidən əməliyyat olunduğu xəstəxanada həkim müayinəsindən keçməkdir: ?Əməliyyat olunduğum xəstəxanada bir müddət vaxtaşırı müayinədən keçməliyəm. Əslində bu səfər oktyabrın ilk ongünlüyü üçün nəzərdə tutulmuşdu. Sadəcə, bəzi səbəblər ucbatından deyilən vaxtda gedə bilmədim?. Y.Rzazadə deyib ki, hazırda özünü yaxşı hiss edir və yaradıcılıq işləri ilə məşğuldur: ?Yaradıcılıqla məşğul olduğumdan, səhhətim sanki yaddan çıxıb. Yeni mahnılar yazdırıram. Açığı, mən mahnılarla yaşayıram, bu mənə zövq verir. Yaxın vaxtlarda həmin mahnıların bir neçəsi səslənəcək?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA