Yazıçı Əlibala Hacızadə dünyasını dəyizib

img

09-10-2009 [01:50]


Müasir Azərbaycan ədəbiyyatının tanınmış simalarından biri olan, yazıçı Əlibala Hacızadə dünyasını dəyişib. O, 1935-ci il avqustun 28-də Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olub. 1966-1970-ci illərdə Əfqanıstanda mütərcimlik etmiş, hazırkı vaxta qədər Azərbaycan Milli Elmlər Akademiyasında işləyirdi. 1956-cı ildə yazdığı "Mənim müəlliməm" adlı ilk hekayəsi ilə ədəbi yaradıcılığa başlayan müəllif "Təyyarə kölgəsi", "Əfsanəsiz illər", ?Ayrılığın sonu yoxmuş", "Vəfalim mənim" və s. əsərləri qisa müddətdə tanınıb sevilmişdi. "İtkin gəlin" trilogiyasını yaratmaqla isə Ə.Hacızadə milyonlarla oxucunun qəlbini fəth edib. Bu roman əsasında yazdığı ssenariyə 12 seriyalı bədii televiziya filmi çəkilib. Mərhumla vida mərasimi bu gün saat 15:00-da Azərbaycan Milli Elmlər Akademiyasında keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA