Nüzabə Ələsgərli seriala çəkilmək təklifi alıb

img

08-10-2009 [05:19]


Müğənni Nüşabə Ələsgərli iki mahnıya klip çəkdirib. Müğənninin Müstəqil İnformasiya Agentliyinə verdiyi məlumata görə, klip çəkdirdiyi mahnılardan biri ?Biri sənsən, biri mən?, digəri isə ?Qızıl güllər?dir. Hazırda hər iki klip montajdadır. Yaxın zamanlarda ekranlara çıxacaq. N.Ələsgərlinin sözlərinə görə, onun ?Biri sənsən, biri mən? adlı mahnısının həmkarı Aybəniz Haşımovanın repertuarında olan ?Biri sənsən, biri mən?lə əlaqəsi yoxdur: ?Mənim Aybəniz xanımın repertuarı ilə heç bir əlaqəm yoxdur. Bu mahnının sözləri və musiqisi Mehriban Qüdrətqızınındır. Klip isə Vəfa Vaqifqızı tərəfindən ekranlaşdırılıb?. Sənətçi dekabr ayında Azərbaycan Dövlət Filarmoniyasında solo-konsert vermək fikrində olduğunu da bildirib. Bundan başqa, sənətçi özəl telekanalların birindən təklif də alıb: ?Özəl telekanalların bir neçəsi serial çəklişlərinə başlayacaq. Orada mən də oynayacam. Serial uzun müddətə çəkiləcək. Həmin rolun öhdəsindən necə gələcəyimə qiyməti tamaşaçılar verməlidir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA