Telekanallardakı qeyri-ciddi verilizlər mənəviyyatımızı məhv edir

img

08-10-2009 [05:11]


;viyyəsiz verlişlərlə, bayağılığı təbliğ etməklə nə qazanırıq? Ən yüksək fikirləri, planları da bəzən çox səviyyəsiz təbliğ edirlər?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə açıqlamasında Bəstəkarlar İttifaqının məsul katibi Lalə Hüseynzadə telekanallarda yayınlanan və milli-mənəvi dəyərlərimizə zidd olan verilişlər haqqında danışarkən deyib. Məsul katibin fikrincə, Azərbaycan tele-məkanında gedən qalmaqallı proseslər bütün dünyada öz əksini tapıb. Amma bizdən fərqli olaraq, onların böyük auditoriyası var: ?Bunların hamısı zəruri və təbidir. Amma müəyyən dərəcədə hansısa səviyyəni gözləmək lazımdır. Axşam vaxtı hamı efir qarşısında olur. Hansı telekanalı açırsan, qeyri-ciddi verilişi görürsən. Şəxsən mən belə verilişlərə baxmıram?. L.Hüseynzadə deyib ki, şou-biznes xarakterli verilişlər peşəkar və səviyyəli hazırlananda daha maraqla baxılır. Amma belə verilişlərin bağlanması məsələnin müsbət həlli deyil: ?Çünki bir veriliş bağlandıqda, onun yerinə başqası gəlir. Amma məsələnin bir həlli var: bütün dünyada gedən təcrübəyə əsaslanmaq lazımdır. Mən yüz faiz əminəm ki, inkişaf etmiş Avropa ölkələrində bu işlərin dəqiq mexanizmi var?. L.Hüseynzadənin sözlərinə görə, qadağa qoyulan və bağlanan verilişlər nəinki bayağı mahnıların təbliği ilə məşğuldur, hətta bayağı söz-söhbətlər toplusunu da özündə birləşdirir. Onun fikrincə, küçə söhbətləri artıq efirlərə yol açıb: ?Səviyyəsiz insanların danışıq üslubu da efirələrə yol tapıb. Hamı qiybət edir. Belə verilişlər isə bizim mənəviyyatımızı məhvə aparır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA