Münsif üzvü ?Toylar kraliçası?nda saçyoldu olacağını deyir

img

06-10-2009 [03:47]


?Toylar kpaliçası? əvvəlki layihələrdən tam fərqli olacaq. Bununla bağlı Müstəqil İnformasiya Agentliyinə açıqlama verən layihənin münsiflər heyətinin üzvü Əli Mirəliyev deyib ki, layihə iştirakçılarının saçyoldusuna çıxmaq ehtimalı da var: ?Belə getsə, başımda qalan bir-iki tükü də həmin ?kraliça?lar yolacaq. Buna əmin ola bilərsiniz. Söhbət ?kraliça?lardan, yəni qadınlardan gedir. Qadın davasında da ancaq saçyoldu yada düşür. Kişilərə nisbətən qadınların mübarizəsi çətin olacaq?. Ə.Mirəliyev deyib ki, bu yarışmada əməkdar artistlər də var: ?İddialılar çoxdur. Kimin qalib olacağını bəri başdan demək çətindir. Əlizamin də ?Toylar kralı?nda iddialı idi. Mən də ?Maşın-realiti şou?suna maşını aparmaq üçün getmişdim. Amma deyir sən saydığını say, gör fələk nə sayır. Qismət başqa şeydir. Bir də layihəni SMS həll edir. Kimin pulu, adamı, arxası varsa, o da çoxlu SMS toplayacaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA