Xuraman Şuzalı Sayqanın cavabını verdi

img

06-10-2009 [03:42]


?Sayqa kimdir axı?! Mən Sayqadan nə qorxuram, nə də onun qarşısından çəkinməyimə səbəb olacaq bir iş görməmişəm. Nə qədər istəyir, qoy danışsın. Ona baş qoşmaq onun səviyyəsinə enmək deməkdir. Ataların bir məsəli var: ?İt hürər, karvan keçər?-deyiblər?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə açıqlamasında müğənni Xuraman Şuşalı keçmiş prodüseri Sayqanın onun barəsində söylədiklərinə münasibət bildirərkən deyib. Müğənninin fikrincə, əməlləri üzdə olmayan adamlara baş qoşmaqdansa, balaca bir işin qulpundan yapışmaq daha yaxşıdır: ?Mən yeni yaradıcılıq işləri ilə məşğulam. Yeni layihələrə imza atmışam. Əgər Sayqa kimi adamlara baş qoşsam, belə işlərim yaddan çıxar. Bir də ki, mən müğənniyə baş qoşaram. Prodüserlə mənim nə işim? Odur ki, Sayqa işində olsun, yəni nə qədər istəyir danışsın?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA