Əlikram Bayramov ?Mazın?da udduğu avtomobillə Biləsuvarın icra bazçısının qəbuluna gedəcək

img

03-10-2009 [03:28]


Müğənni Əlikram Bayramov ?Maşın-realiti şou?sunda sahibi olduğu avtomobili ilk olaraq doğma rayonu Biləsuvara sürəcək. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Ə.Bayramov özü məlumat verib və deyib ki, udduğu avtomobili bu günə qədər idarə etməməsinə səbəb onun nömrə nişanının olmamasıdır: ?Nömrəsi yox idi. Buna görə də Dövlət Yol Polisinə müraciət etdim. Onlar mənə dövlət qiymətindən iki dəfə aşağı nömrə nişanı verdilər. Bu gün həmin nömrəni onlardan götürəcəm. Sabah isə maşının sükanı arxasına keçib, onu ilk olaraq Biləsuvar rayonuna sürəcəm. Anamın xeyir-duasını aldıqdan sonra isə Biləsuvar rayon İcra Hakimiyyəti başçısının qəbuluna gedəcəm. Çünki onlardan mənə dəvət gəlib. Deyiblər ki, icra başçısı sizi buna görə təbrik etmək istəyir. Böyük bir mərasimin olacağı gözlənilir?. Müğənni həm də bildirib ki, ?Maşın realiti-şou?sunda sahibi olduğu avtomobil gərgin zəhməti hesabına başa gəldiyindən onu satmaq fikrində deyil: ?Adamlar var ki, maşın alır, müəyyən müddətdən sonra təzəsinin eşqinə düşür. Düzdür, mənim maşınım var. Amma şouda udduğum maşın alın tərimin bəhrəsidir. Ona görə də onu gözümdən uzaq qoymaq fikrində deyiləm?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA