Muğam ifaçısı Bəsti Sevdiyeva möhtəzəm konsert vermək fikrindədir

img

03-10-2009 [03:18]


Əməkdar artist, tanınmış muğam ifaçısı Bəsti Sevdiyeva muğamlar üzərində işləyir. O, Müstəqil İnformasiya Agentliyinə deyib ki, üzərində işlədiyi muğamlar AzTV-nin Qızıl Fondunda saxlanılacaq. Muğam ifaçısının sözlərinə görə, o, fond üçün bir neçə muğamlar yazdırıb: ?Amma bunların bəzilərinin üzərində yenidən işlənməlidir. Odur ki, həmin muğamları yenidən lentə yazdırıram?. Bu işləri yekunlaşdırdıqdan sonra sənətkar yenidən solo-konsert vermək fikrindədir: ?Ötən il Filarmoniyada solo-konsert verdim. Həmin konsertin əks-sədası hələ də qulaqlardadır. Ona görə də bu barədə yenə fkirləşməyə dəyər. İstəyirəm ki, möhtəşəm konsert təşkil edim. Amma bu konsertin vaxtı hələlik bəlli deyil?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA