Yeddi muzeyin veb saytının təqdimat mərasimi keçiriləcək

img

02-10-2009 [04:10]


Oktyabrın 12-də Muzey Mərkəzində Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin tabeçiliyində olan yeddi muzeyin - Azərbaycan Dövlət Din tarixi Muzeyi, Cəfər Cabbarlının ev-muzeyi, Cəlil Məmmədquluzadənin ev-muzeyi, Əzim Əzimzadənin ev-muzeyi, Heydər Əliyev adına muzey, M. S.Ordubadinin xatirə muzeyi, Nəriman Nərimanovun xatirə muzeyi - hər birinin veb saytının təqdimat mərasimi keçiriləcək. Qeyd edək ki, təqdimat mərasiminə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev, Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev,nazirlik və idarə nümayəndələri, muzey direktorları və işçiləri, həmçinin kütləvi informasiya vasitələri də dəvət olunub. Saytların yaradılmasının başlıca məqsədi ölkəmizdə fəaliyyət göstərən muzeylər və orada sərgilənən eksponatlar haqqında məlumatların Azərbaycana gələn turistlərə geniş şəkildə çatdırılmasıdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA