Azıq Əhliman azıqların müasir geyinməsini istəyir

img

02-10-2009 [03:38]


252;kürlər olsun ki, aşıq sənəti YUNESKO-da qəbul edildi. Aşıq sənəti bizim tariximiz, kökümüz, ədəbiyyatımız və dilimizdir. Bu sənət əsrlərdən-əsrlərə gözəl-gözəl sözlərimizi qoruyub saxlayan bayatılarla, şeirlərlə, gəraylılarla, müxəmməslərlə bizi bu vaxta çatdırıb. Son vaxtlar aşıq sənəti dövlət səviyyəsində qayğı görür. Buna görə, prezident İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevaya təşəkkürümüzü bildiririk?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə aşıq sənətinin YUNESKO-nun mədəni irs siyahısına qəbul edilməsinə münasibət bildirərək Aşıq Əhliman deyib. Onun fikrincə, aşıq sənətinin YUNESKO-da tanınması üçün ilk öncə bütün aşıqlar dövlət başçısına və Heydər Əliyev Fonduna minnətdar olmalıdır: ?Artıq aşıq sənətini bütün ölkələrin musiqiçiləri tanıyır. Tanımayanlar isə bundan sonra tanıyacaq. Bu bizim dilimizin, ədəbiyyatımızın, sazımızın inkişafıdır. Musiqimizin beşiyi sazdır. Sözümüzün, şeirimizin beşiyi isə bayatılardır?. Aşıq Əhlimanın sözlərinə görə, aşıqların özünəməxsus geyimləri də olmalıdır: ?Aşıqlar müasir cəmiyyətlə ayaqlaşmağı bacarmalıdır. Mən istərdim ki, aşıqlar müasir kostyum və papaq geysinlər. Papaq aşığın gerbidir. Yaxşı olar ki, kütləvi tədbirlərdə çuxalar geyinilsin. Varatnikində isə butalar olsun. Çuxa ilə dövr tutmur. Ona görə də, gərək, dövrlə ayaqlaşasan. Saz və söz aşığın silahıdır. Saz, söz güclü olmalıdır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA