Müğənni Samir Nasim QMi sədrinə müraciət etdi

img

30-09-2009 [02:34]


Bu gün Azərbaycan Media Mərkəzində müğənni Samir Nasim mətbuat konfransı keçirdi. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, müğənni öncə Türkiyə səfərindən söz açıb: ?Ramazan bayramı günü əməkdar artist Azərin, Türkiyənin Ankara şəhərində böyük bayram tədbiri təşkil etmişdi. Artıq hamı bilir ki, o, ?TRT-AVAZ?da ?Azərinlə Esintilər? adlı proqramın aparıcısıdır. Həmin gün bu proqram canlı yayınlandı və tədbirin əsas səbəbkarı mən oldum. Tamaşaçıları ?Əssalamu-əleykum? adlı mahnımla salamladım. Sonra isə ilk dəfə olaraq, Oqtay Zülfüqarlının sözlərinə bəstələdiyim ?Ramazan bayramınız mübariək olsun!? adlı mahnımı təqdim etdim. Eyni zamanda, Azərin xanım mənim bəstələdiyim ?Ey Turanım? və ?Türkün bayrağı? adlı mahnılarımı həmişə olduğu kimi ifa etdi?. S.Nasimin sözlərinə görə, səfər zamanı o, iki türkdilli ölkədən də dəvət alıb. Bundan başqa, TRT radiosu onun diskini fonda saxlamaq üçün qəbul edib: ?Mən diski onlara təqdim etdim. Həmin gün artıq mahnılarım radioda yayınlanırdı. O ki qaldı aldığım təkliflərə, hələ bu barədə düşünürəm. Mən çox istədim ki, Azərbaycanda çalışım. Amma bu, mümkün olmadı. Biz neyləyək ki, Azərbaycanda dini mahnılara efir vaxtı verilmir? Yardıcılılığmla bağlı müraciət etmədiyim yerlər, şirkətlər qalmayıb. Amma onların heç biri Allah yolunda pul xərcləmək istəmir. Hətta respublikada tanınmış bir neçə Hacı var. Hacı Əbülfəz, Hacı Eldar, Hacı Madər, Hacı Mazan və Fəttah Heydərova qədər müraciət etdim, aldığım cavab bu oldu: ?Bizim belə şeylərə vaxtımız yoxdur. Qoy Allah sizə kömək olsun?. Amma Rəqsanə, Xatirə kimi müğənnilərə maliyyə ayırırlar?. S.Nasim mahnılarının bir neçəsini Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadəyə göndərdiyini deyərək, güman edib ki, ?Bakı-İslam mədəniyyətinin paytaxtıdır? devizi ilə keçirilən tədbirlərdə bu mahnıların səsələnməsinə hetiyac var: ?Firəngiz xanım isə dedi ki, qulaq asıb, sizə məlumat verərik. Amma heç bir məlumat verilmədi?. Müğənni telekanallardan narazılığını da gizlətməyib. Onun sözlərinə görə, ATV, AzTV, ?Space? və İTV-yə müraciət edib. Amma həmin telekanallardan müsbət cavab almayıb: ?Əgər qadağa varsa, hamı üçün olsun. Birinə qadağa qoyub, digərinin mahnısını yayınlamaq nə dərəcədə düzdür? Mənim Alim Qasımov və Rasim Balayevlə olan duetimi ATV yayınlamadı. Amma aradan bir az keçəndən sonra gördüm ki, musiqisi Kamala, sözləri Baba Vəziroğluna aid olan ?İlahi? ATV-də yayınlanır. Hətta mahnının təqdimatını da orada keçirdilər?. Sonda müğənni, QMİ sədri Hacı Allahşükür Paşazadəyə mesaj ünvanlamağı da unutmadı: ?Bizdə eyş-işrətdən tutmuş hər şey var. Təkcə Aallaha sevgi yoxdur. Bir nəfər bizə sahib çıxmalıdır. Şeyxdən xahiş edirəm ki, məni adi müsəlman vətəndaş kimi qəbul etsin. Çünki mən bu il ?Salam dünya? adlı İslam Musiqi Festivalı keçirmək istəyirəm. İstəyirəm Paşazadə bu işdə mənə dəstək olsun?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA