Ağamirzə Məmmədov: ?Müzfiqin məni çıxarmasını bağızlayıram, ancaq onun xəbərçiliyi ilə barızmıram?

img

26-09-2009 [02:39]


?Murad Dadaşov demişkən maşın əldən getdi. Eybi yoxdur, təki əldən gedən maşın, ev, var-dövlət olsun. Bircə Allah mənliyimizi almasın. Kişi üçün bundan böyük xususiyyət ola bilməz. Düzdür, elə kişilər var ki, mənlik-zad onlar üçün ikinc dərəcəlidi. Elə Müşfüq kimi?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə ?Maşın-realiti şou?sunu sonuncu dəfə tərk edən meyxana ustası Ağamirzə Məmmədov söyləyib. A.Kərimovun sözlərinə görə, xəbərçilik aktyor Müşfiqin embleması oldu: ?Müşfiqin xəbərçilik etməsini gözləmirdim. Çünki orada bütün iştirakçılarda telefon vardı. O cümlədən Müşfiqdə. O, hamını qabaqladı, kişilyinə sığışdırıb gedib xəbərlədi ki, Ağamirzədə telefon var. Bu günahı sən də etmişdin. Səndə telefon olmasını mən bilirdimsə, bu hərəkəti niyə etdin? Murad efirdə mənim üstümə düşdü. Çalışdı ki, mən də onda telefon olmasını deyim. Mən Ağamirzəyəm. Ölərəm heç vaxt kimisə satmaram. Onun məqsədi məni vurmaq idi. Ancaq bunu mərd-mərdanə edə də bilərdi. O isa namərd hərəkət etdi. Oyunun qaydalarına görə, o, kimisə vurmalı, oyundan kənarlaşdırmalı idi. Bu adi bir haldı. Müşfiqin məni çıxarmasını bağışlayıram, ancaq onun xəbərçiliyi ilə barışmıram və barışmayacam da. Müşfiq elə bir zonadandır ki, orada xəbərçilyə pis baxırlar. Kişlərin xəbərçiliyini isə bağışlamırlar. O, bunun ağrısını çəkəcək?. Meyxana ustası dedi ki, həmin gecə onların arasında söhbət gedib: ?Söhbətdə mən ona zarafatca dedim ki, zəng etmişəm uşaqlar səs verəcək. Bu sözü demişdim ki, Müşfüq otaqdan çıxdı. Üstündən 2 dəqiqə keçməmiş qapı açıldı gəldilər ki, bəs sən telefonla danışmısan. İnanmadım ki, məni bu sata bilər. Efirdə isə o, iç üzünü özü açdı. Bütün xalqın qarşısında dedi ki, xəbərçilik etmişəm. Mən Əlikramı da, Səidə xanımı da gözəl tanıyıram. Onlar heç vaxt bu hərəkəti etməzdilər. Mən danmadım, dedim ki, məndə telefon olub. Amma Müşfiq boynuna götürmədi ki, xəbərçilik olub. Onu boyuna almaq böyük mənlik tələb edr. Görünür, mənliyi yoxdur ki, xəbərçiliyini dandı. Bütün bunlara baxmayaraq, mən çox heyifslənirəm. Bilirsiniz nəyə görə? Ona görə ki, mən Müşfiqə çox inandım. Xəbərçilik insana yaraşan iş deyil. Mən arzu edirəm ki, maşını o udsun. Müşfiqin maşını da olacaq pulu da . Ancaq Müşfüqə heç kəs etibar etməyəcək?. Meyxana ustası ded ki, gərək maşın Əli Mirəliyevə nəsib olaydı. Amma mənliyi olmayanlar buna imkan vermədi.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA