Elmira Şabanova səhnəyə dönəcək

img

26-09-2009 [02:27]


Xalq artisti Elmira Şabanovanın səhhəti normallaşıb. Bu barədə Müstəqil İnformasiya Agentliyinə sənətkarın özü məlumat verib. E.Şabanovanın sözlərinə görə, artıq səhnəyə dönə bilər: ?Mən ölümün pəncəsindən keçdim. Elə bilirdim ki, hər şey bitdi, həyatım başa çatdı. Amma gözümü açıb əzizlərimi başımın üstündə görəndə baxdım ki, həyat mənim üçün davam edir. Artıq çox yaxşıyam. Həkimlər mənə səhnəyə qayıtmağımı bildirəndə sevnicimdən ağladım. Baxma ki, onlar mənə səhnəyə qayıtmağımı məsləhət gördülər, amma bir az ehtiyyatlı olmalıyam. Hər halda bir az gözləsəm, yaxşı olar. O gün ?Nar-star? yarışmasının finalında məni canlı yayıma bağladılar. Bağlantı zamanı hiss etdim ki, həyacanlandım. Həmin anda təzyiqim sürətlə qalxdı. Elmira Şabanova yaşadığı həyat boyu sözün düzünü deyib. Bəlkə bu səbəbdən də təzyiqim qalxdı. Mənim yalanla, yaltaqlanmaqla aram yoxdur?. E.Şabanova onu da dedi ki, yaxın günlərdə efirlərdə qonaq olacaq. O ki, qaldı səhnəyə o, br neçə rejissordan dəvət aldığını dedi: ?Hələ başıma bu müsübət gəlməmişdən əvvəl bir neçə rejissordan dəvət almışdım. Həmin dəvətlər öz qüvvəsində qalmaqdadır. Çox güman ki, yaxın zamanlarda həmin filmlərin çəkilş işləri başlayacaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA