Alim və Fərqanə qasımovlar Misirə, ordan isə Honkonqa gedəcək

img

25-09-2009 [05:15]


Alim Qasımov oktyabr ayının birinci ongünlüyündə Misirə səfər edəcək. Müstəqil İnformasiya Agentliyinə bu barədə məlumatı xalq artisti, muğam ifaçısı Alim Qasımovun qızı Fərqanə Qasımova verib. F.Qasımovanın sözlərinə görə, Misir səfərində konsert yerli ansamblın müşayiəti ilə reallaşacaq: ?Biz bu dəfə özümüzlə ansambl aparmayacağıq. Konsertlərdə bizi məhz Misir ansamblı müşayiət edəcək. Həmin konsertlərdə Alim Qasımovla 4 duetimiz səslənəcək. Onlardan ?Füzuli kantatası?, Şəfiqə Axundovanın ?Əllərini üzüb məndən?, Fars mahnısı və ?Koroğlu? operasından ?Səni gördüm aşıq oldum? mahnıları. Bu Alim Qasımovun seçimidi?. F.Qasımova dedi ki, oktyabrın sonlarında daha bir səfər Honkonqa olacaq. Onun sözlərinə görə, gn böyük səfərlərdən biri dekabrda baş tutacaq: ?Biz ölkələrə sərəf edirik. Azərbaycan muğamlarını təbliğ edirik. Bütün bunların hamısı dövlətin və diasporalarının xətti ilə baş tutur. Amma elə bilməyin ki, Azərbaycan tamaşaçılarımızı yaddan çıxarmışıq. Alim Qasımov Azərbaycanda böyük konsert etmək fikrindədir. Amma nədənsə bu baş tutmur. Əslində Azərbaycanda bizim konsertimizin baş tutmaması bizim gn yaralı yerimizdir. Nəyə görə, bizim burada konsertimiz baş tutmur? Yəqin ki, günlərin birində bu sıçrayış baş tutacaq. Buna əmin ola bilərsiniz?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA