?Xazxazın göz yazları? Lənkəranda axacaq

img

24-09-2009 [05:30]


Uşaq Teatrı ?Xaşxaşın göz yaşları? tamaşası ilə Lənkərana səfər edəcək. Bu barədə Müstəqil İnformasiya Agentliyinə sözügedən teatrın direktoru İntiqam Soltan məlumat verərək, deyib ki, sabah Uşaq Teatrı Lənkərana yola düşür: ?Məqsədimiz orada teatrın 8-ci mövsümünü açmaqdır. Əgər yadınızdadırsa, biz, ötən il bütün mövsümü Azərbaycana həsr etdik. Bu il isə planda öz ana dilimizdir. Hər bir millətin dili doğma və önəmlidir. Sentyabrın 26-sı Türk dili günüdür. Çox təəssüflər olsun ki, bu, heç yerdə təbliğ olunmur. Bizim Lənkərana səfərimiz isə həm də ana dilimizlə bağlıdır. Cənub bölgəsində sübut edəcəyik ki, biz türk, ləzgi, talış dilini də sevirik?. İ.Soltan teatr mövsümünə bölgələrdən başlamalarına da yadınlıq gətirib. Deyib ki, bölgələrdə yaşayan uşaqlar diqqətdən kənar qalıblar: ?Bölgələrdə tamaşalar göstərə bilmirik. Təbi ki, bu maliyyə problemimizlə bağlıdır. Bu il bu problemi aşmağa çalışacayaq. Uşaq Teatrı bütün ili bölgələrdə olacaq?. Direktor, Cənub bölgəsinə ?Xaşxaşın göz yaşları? tamaşası ilə getmək istəklərinə də aydınlıq gətirib: ?Çox təəssüflər olsun ki, məhz bu bölgədə narkomoniya halları artmaqdadır və bütün bunlar gənclərin məlumatsızlığı ucbatından baş verir. Azərbaycan gəncləri arasında SPİD və narkomoniya halları ilə bağlı maariflənmə zəifdir. Ona görə də ?Xaşxaşın göz yaşları?nı maariflənmə məqsədi üçün seçmişik?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA