Nadir Əzimov: ?Bəzi telekanallar səviyyəsiz musiqilərə üstünlük verir?

img

23-09-2009 [04:04]


?Bu gün ANS telekanalının ?Günə baxan? verilişinə ?Sarı çiçəyim? kimi mahnıların müəllifləri yığışmışdı. Onlar hələ də başa düşmürlər ki, biz nəyə görə həmin mahnılara qarşı çıxmışıq. Bizim uşaqlar, gələcək nəsil bu cür mahnılar altında böyüməli deyillər. Uşaqlarımızı səviyyəli musiqilərlə böyütməliyik. Böyuməkdə olan nəsil professional musiqilər altında inkişaf etməlidir, nəinki ?Sarı çiçəyim?. Belə mahnıları efirə buraxmaq olmaz?. Bu sözləri Müstəqil İnformasiya Agentlyinə bəstəkar Nadir Əzimov deyib. Bəstəkarın fikrincə, səviyyəsiz musiqilər nə xalq mahnıları, nə də meyxana kimi qəbul olunmayıb: ?Bunlar, bilinmir nədir. Ağızlarına nə gəldi oxuyurlar. ANS-in ?Günə baxan?ı isə sübut etməyə çalışdı ki, bu mahnılar yaxşıdır və onları pisləmək lazım deyil. Əgər o mahnılar yaxşıdırsa, pisləmək lazım deyilsə, onda ?Sarı çiçəyim? niyə ?Evrovizion? beynəlxalq mahnı yarışmasına göndərilmir? Biz bu cür mahnılara və onları təbliğ edənlərə qarşı mübarizə aparırıq. Digər tərəfdən isə telekanallar onlara dəstək verirlər?.

Digər xəbərlər
SON XƏBƏRLƏR